"Vətəninfo.az" xəbər verir ki, bu ilin may ayının 20-də Niderland Krallığının Haaqa şəhərində “İran, Azərbaycandan əlini çək!” şüarı altında keçirilmiş etiraz aksiyası ilə bağlı bir sıra narazılıqlar sona çatmır. Etiraz aksiyasının səhəri günü Azərbaycan Respublikasının bir sıra kütləvi informasiya vasitələrində Benilüks Azərbaycanlıları Konqresi (BAK) Niderland Krallığının Haaqa şəhərindəki parlament binasının qarşısında “İran, Azərbaycandan əlini çək!” şüarı altında etiraz aksiyası keçirdiyi haqda məlumatlar yayımlandı. Sonradan məlum oldu ki, aksiya Benelüks Azərbaycanlıları Konqresi (BAK) tərəfindən deyil, Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) Niderland təmsilçiliyi tərəfindən keçirilib. BAK isə aksiyaya dəvət edilmiş digər təşkiltlar kimi sadəcə tədbirdə iştirak edib.
GAİP-in Niderland təmsilçisi Araz Ataxanın saytımıza verdiyi məlumata görə onlar tədbirin kimin tərəfindən keçirilməsinin davasını etmirlər. Sadəcə olaraq bu aksiyanın da GAİP-in Avrponın digər ölkələrində keçirilmiş tədbirləri silsiləsinin bir hissəsi olduğu üçün aksiya haqda belə yalan məlumatın yayılması partiyanın strategiyası, hədəfləri və hesabatına partiya daxilində anlaşılmazlıq gətirdiyi üçün bu yanlışın düzəldilməsinin zəruri olduğunu istəyirlər. GAİP yetkilisi ilk növbədə yayılmış informasiyaya partiya daxilində fikir verməməyə qərar veriblər. Onun dediyinə görə informasiyanın Azərbaycan KİV-lərinin müxtəlif mənbədən ala biləcəklərini və bu üzdən qeyri səlisliyə yol verilmiş olduğunu düşünüblər. Lakin sonradan Azərbaycan Respublikasının Rəsmi Dövlət İnformasiya agentliyi olan “Azərtac” -ın da rəsmi internet saytında (http://azertag.gov.az/node/956786) yayımlandığını görəndən sonra informasiyanın BAK yetkililəri tərəfindən bilərəkdən yayımlandığını anlayıblar. Araz Ataxan BAK yetkililərinin Azərbaycan Dövlətinin resurslarından isifadə edərək necə yalan məlumat yaya bilməsinin anlmadığını söylədi.
Araşdırmamız nəticəsində məlum oldu ki, yayımlanmış informasiyada Azərtac İnformasiya Agentliyinin heç bir qəbahəti yoxdur. Belə ki, Azərtac BAK tərəfindən onlara göndərilmiş informasiyanı yayımlayıb. BAK-ın Bakı təmsilçliyi artiq 2010-cı ildən fəaliyyət göstərmədiyini bildirərək bu fakta münasibət bildirə bilməyəciyini söylədi.
Görünür BAK, “Azərtac” dövlət informasiya agentliyinin uzun illər boyu əməkdaşlıq sayəsində yaranmış inamdan sui-istifadə edərək belə bir yalan məlumat yerləşdirməyə nail ola bilmişdir. Araz Ataxanın dediklərinə görə aksiya hazırda İranın, Azərbaycan dövlətinə təzyiq göstərmək üçün müxtəlif yollara əl atdığı bir zamanda, GAİP tərəfindən İran dövlətinə ana vətənləri olan Azərbaycanın yanında olduqları və təzyiqlər artacağı təqdirdə İranda yaşayan 35 milyonluq Cənubi Azərbaycan türkünün onlara qoşulacağı mesajını vermək məqsədi ilə keçirilmişdir. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, BAK yetkilisi belə bir müqəddəs amal uğrunda keçirilmiş tədbirin siyasi çəkisinə və mahiyyətinə varmadan aksiyadan təşkilatının reklamı məqsədi ilə istifadə etmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Kənan