Canlı efirdə müxbirimizə eşq elan olundu

Canlı efirdə müxbirimizə eşq elan olundu

Bu “Dünya TV”-nin canlı efirində yaşandı

“Dünya TV”-nin canlı efirində gözlənilməz anlar yaşandı. Samir Bayramlının müəllifi olduğu “Tam səmimi” verilişində baş verən olay hamını şoka saldı. Qonaqlar müxbirimiz Araz Hacıyev, jurnalist-publisist Alim Nəbioğlu və sevilən müğənni Samira Bayramova baş verən gözlənilməz hadisədən heyrətləndilər. Efirə mesaj yazan xanım, aparıcı Samir bəyə qonaq Araz Hacıyevi Arazdan xəbərsiz sevdiyini etiraf edərək dəfələrlə, israrla jurnalistin mobil nömrəsini ona bildirməsini xahiş etdi. Aparıcı mesajı oxuyaraq üzünü Araz bəyə tutdu. Arazdan tamaşaçıya cavab verməsini istədi. Gözlənilməz sual qarşısında qalan müxbirimiz mesaj göndərən xanıma təşəkkürünü bildirdi. Televiziyaların qanunlarına əsasən qonaqların əlaqə telefon nomrələrini tamaşaçıya vermək qadağan olduğunu bildirən Samir xanım tamaşaçının arzusunu reallaşdıra bilmədi. Aparıcı, xanım tamaşaçıya izah etdi ki, bu mümkün deyil.

Virtual sevgi ilə bağlı mövzunun müzakirəsi zamanı Araz Hacıyevlə Alim Nəbioğlu arasında qarşıdurma yaşandı. Alim bəyin söylədiyi fikirlərin əksinə gedən Araz Hacıyev virtual sevgini dəstəklədi. Samira Bayramova qarşıdurmanı sakitləşdirmək məqsədi ilə mövzuya müdaxilə etdi və virtual sevgilərə, tanışlıqlara yox dedi.

Veriliş boyu Samira Bayramova maraqlı musiqi nömrələri ilə tamaşaçıların zövqünü oxşadı, sevgi, sevgidən doğan nifrətdən danışdı. Cürətsiz, qorxaq sevgi yaşayanları cəsarətsizlikdə suçladı.

Samira xanıma canlı efirdə sonsuz sayda mesajlar ünvanlandı. Həmin mesajların içində müğənninin ifasının bəyənilməsi ilə yanaşı sevgi etirafları da gəldi.

Maraqlı efir iki saat davam etdi. Jurnalist-publisist Alim Nəbioğlu “Dünya TV”-nin prezidenti, peşəkar televiziya rəhbəri Ramiz müəllimə öz təşəkkürünü bildirdi. Samira xanım “Bağışla” mahnısını kanalın əməkdaşlarına minnətdarlıq hissi ilə ərməğan etdi.

Verilişdən sonra qonaqlar Ramiz müəllimlə görüşdülər. Kanal rəhbəri “Dünya TV”-nin hər zaman istedadlara dəstək olduğunu bildirdi və qonaqlar növbəti dəfə “Tam səmimi” verilişinə dəvət aldılar.

Pozitiv və səmimi keçən veriliş “Dünya TV” tamaşaçılarının qəlbində xoş duyğularla yadda qaldı.  



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az