Bakı və Sumqayıt stansiyalarında quraşdırılması nəzərdə tutulan avtomat post terminallar və turniketlər artıq alınıb. Sabahdan etibarən onların quraşdırılmasına başlanacaq.
Vətəninfo.az-ın Modern.az-a istinadən xəbərinə görə, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibi Nadir Əzməmmədov bildirib ki, qatarların xəttə buraxılması üçün son tamamlama işləri aparılır: "Sumqayıtdan Bakıya gələn sərnişinlərin birbaşa "28 May” stansiyasına daxil olması üçün tikilən keçiddə də işlər davam etdirilir”.
O, qatarların sınaq mərhələsindən sonra hər hansı problemin olmadığını vurğulayıb: "Sentyabrın 3-də Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov özü qatarlara baxış keçirdi və müəyyən tapşırıqlar verdi. Demək olar ki, hər şey qaydasındadır, ciddi nöqsan qeydə alınmayıb”.
Mətbuat katibi gediş haqqı ilə bağlı Tarif Şurasına edilən müraciətə veriləcək cavabı gözlədiklərini bildirib: "Biz müraciət etmişik. Hər halda, qərar yaxın günlərdə açıqlanacaq”.
Sentyabrın 15-də Bakı-Sumqayıt istiqamətində ümumi sayı 8 olmaqla "Stadler Rail Group” şirkətinin 3 KİSS markalı qatarı və Riqadan gətirilən əsaslı təmirdən çıxan 5 qatar istismara veriləcək.
Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Sərnişinlər surət qatarları vasitəsilə cəmi 40 dəqiqəyə Bakıdan Sumqayıta və əksinə hərəkət edə biləcəklər. Bakı-Sumqayıt arasında uzunluğu 63 km olan yol əsaslı təmir olunub və 1,6 km uzunluğunda əlavə yol inşa edilib.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ