Cəmi 4 ildir ki , istifadəyə verilən bina artıq qəzalı vəziyyətdədir
Vətəninfo.az BTV-yə istinadən bildirir
ki,ötən süjetlərimizin birində Cəlilabad rayon Qurtuluş prospektində
yerləşən, əlillər və şəhid ailələri üçün nəzərdə tutulan yaşayış
binasının təhlükəli vəziyyətdə olmasından xəbər vermişdik. Xəbərdə
bildirilirdi ki , cəmi 4 ildir ki , istifadəyə verilən bina artıq qəzalı
vəziyyətdədir və bu şəraitdə yaşamaq sakinləri təngə gətirib. Sakinləri
onu da bildirir ki , onların problemi ilə maraqlanan yoxdur . Məsələyə
aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də şikayətlərinə
baxılmır. Qeyd edək ki ,bizə daxil olan müraciətlərdən sonra məsələ ilə
bağlı Cəlilabad rayon icra hakimiyyətilə əlaqə saxlamışdıq. İcra
başçısının birinci müavini Asif Əzizov suallarımızı cavablandıraraq
bildirmişdi ki , bina icra hakimiyyətinin balansında deyil,bu məsələyə
Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi baxır.