CHP lideri Ərdoğana qarşı məhkəmə iddialarını geri götürdü

CHP lideri Ərdoğana qarşı məhkəmə iddialarını geri götürdü

Türkiyədə müxalifət lideri - Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu prezident Rəcəb Tayyib Ərdoğana qarşı bütün məhkəmə iddialarını geri götürüb.

Bu barədə «Habertürk» telekanalı məlumat verib.

Bundan əvvəl isə prezident R.T.Ərdoğan ölkənin müxalif siyasi partiyalarının liderlərinə qarşı məhkəmə iddialarını geri götürmüşdü. Bu qərarı o, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu ilə görüşdən sonra vermişdi.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az