Bu ilin noyabr ayında dünyada cihadçılar tərəfindən 5042 nəfər qətlə yetirilib.
APA-nın “The Guardian”a istinadən verdiyi məlumata görə, bu barədə BBC World Service və Londondakı Kral Kollecinin birgə araşdırmasında deyilir.
Hesabatda qeyd olunur ki, ən çox insanı “İslam dövləti” terrorçu qruplaşmasının tərəfdarları öldürüblər. Onların hücumları nəticəsində 2206 nəfər həlak olub. Siyahıda “İslam dövləti”ndən sonra “Boko Haram” və “Taliban” gəlir. Bu qruplaşmaların hesabında müvafiq olaraq 801 və 720 qətlə yetirilmiş insan var.
Bildirilir ki, ən çox insan İraqda qətlə yetirilib (1770). Ardınca Nigeriya (786) və Suriya (693) gəlir. Cihadçılar daha çox dinc sakinləri (2079), hərbçiləri, polisləri və məmurları (1952) hədəf seçiblər.
Ölənlər arasında xeyli cihadçı da var (935).
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib