Daha bir neftçinin meyiti tapıldı

Daha bir neftçinin meyiti tapıldı
Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb.
 
FHN-dən verilən məlumata görə, Azərbaycanın Türkmənistandakı səfirliyindən verilmiş məlumata əsasən, 18 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.
 
Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az