“Dağlıq Qarabağ əhalisinin mövqeyi çox vacibdir”-Amerikalı həmsədr

“Dağlıq Qarabağ əhalisinin mövqeyi çox vacibdir”-Amerikalı həmsədr

ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ əhalisinin mövqeyinin münaqişənin nizamlanmasında ifadə olunmasını vacib hesab edir.

APA-nın verdiyi xəbərə görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik erməni mətbuatına açıqlamasında bildirib.

"Dağlıq Qarabağ əhalisinin mövqeyinin çatdırılması çox vacibdir. Bu səbəbdən də həmsədrlər Dağlıq Qarabağın de-fakto hakimiyyət nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirir”, - deyə Uorlik qeyd edib.

"Biz, Dağlıq Qarabağ əhalisinin səsini hərtərəfli qərar çərçivəsində ən yaxşı hansı şəkildə təmin edilməsinə dair qərar verməliyik”, - diplomat əlavə edib.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az