Bölgələrdə icra başçıları əhalinin qəbinə yol tapmağın bir üsulu olaraq, həmin rayonlarda ilkin olaraq yaşayış binalarının dam örtüynü dəyişirlər. Bu həm uzun zamandı istismarı başa çatan binalara bir qədər gözəllik gətirsə də əsasən həmin binaların sonuncu mərtəbələrində yaşayanların evlərinin yağışdan və qardan qorunmasınada kömək olur.Ancaq Bakının mərkəzində Bakı Şəhər İşra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov əhali qalsın bir kənara, heç nazirlərin yaşadıqları binaların üstünü təmir edərək onların gözünə belə girə bilmir. Misal üçün Milli Məclisin yaxınlığında yerləşən binaların birində, Daxili İşlər Naziri Ramin Usubovun yaşadığı deyilən binanındam örtüyü olmasada. Həminm binmanın damında yüzlərlə su çənləri olduğu yayımladığımız rəsimdən də görünür. Cənab nazirin hazırda həmin binada yerləşən mənzilində yaşıyıb yaşamadığını deyə bilmsəkdə, binaya baxanda daha çox yaşayış binasını deyil, bir su anbarına bənzədiyini deyə bilərik.Milli Məclisin yuxarı mərtəbələrindən həmin binanın damı, eyni zamanda o binaya qonuşu binaların damları açıq-aydın göründeüyündən, parlamentə gələn qonqalar şəhərin mənzərəsin seyr edəndə bu mənzərənidə izləməmiş deyillər. Bir anlığa düşünün ki, Bakılı oğlanların səhnələşdirdiyi kimi “Bakıda su daimidi, bak-mak yoxdu” desək bizə inanan deyillər. Bəlkədə cənab nazir Haçıbala müəllimi bir balaca sıxma-boğmaya salsa, həm bina sakinləri daimi suya qovuşar, həm də ciddi təhlükə mənbəyi olan o baklardan canları qurtarar. Bizdən deməkdi. Sonra deməyin ki, demədilər.
Nahid Canbaxışlı