Daşkənddə Nizami Cəfərov və Yunus Oğuzla görüş keçililib

Daşkənddə Nizami Cəfərov və Yunus Oğuzla görüş keçililib

Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə əlaqələr durmadan inkişaf edir


Vətəninfo.az AzərTAc-a istinadən xəbər verir ki,  Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetindəki Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində (AMƏM) Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov və yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz ilə görüş keçirilib.

Görüşdə bu təhsil ocağının professor-müəllim heyəti, ədəbiyyatşünas və dilçi alimlər iştirak etmişlər.  Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov AMƏM-nin yeni yaradıldığını bildirib, onun fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, Mərkəzdə Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə bağlı müxtəlif tədbirlər keçirilir və bu istiqamətdə işimiz davam edəcəkdir.


Nizami Cəfərov Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə, o cümlədən mədəni istiqamətdə əlaqələrin durmadan inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, mədəni dəyərlərimiz, adət-ənənələrimiz, tariximiz, mədəniyyət və incəsənətimiz bir kökdən qaynaqlanır. N. Cəfərov ümumi türk tarixinin yazılması və bütün türkdilli dövlətlərdə öyrənilməsi, ümumi türk əlifbasının yaradılması istiqamətində görülən işlər və bu əlifbanın türkdilli dövlətlərdə tətbiqi imkanları, Azərbaycanda latın əlifbasına keçidin səmərəsi və digər məsələlər haqqında söhbət açıb.


 Yunus Oğuz Daşkənddə özbək dilində çap edilmiş “Əmir Teymur” romanının yaxşı qarşılandığını bildirib, bu əsərin rus dilində nəşrə hazırlandığını qeyd edib.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az