Bu dastan əsasında çəkilən filimə Azərbaycanda baxmayan çox azadam olar və baxanlarada “MƏLİK Məmmədin” nağılı təsiri bağışlayar. Yəni filimdə ideoloji xətt yoxdur! Dastanın əsil mahiyyəti açılmır. Dastanın baş qəhrəmanı Qazan xan isə tayfa başçısı kimi təqdim olunur. Dastanın DREZDEN, VATİKAN əlyazmalarından və Məhşur TARİXİ ŞƏXSİYYƏT FİDİRİX ENGELİSİN yazdığı rəydən məlum olur ki, QAZAN XAN sıradan bir tayfa başçısı deyil. O, Azərbaycan ərazisində mövcud olmuş Qədim Albaniya dövlətinin Çarı olub. F.Engelis (“ Ailənin xüsusi mülkiyyəti və dövlətin mənşəyi” əsərində) Dədəm Qorqud dastanı ilə Homerin “”İlliada” əsərinin müqayisəsini apararkən yazırdı: Homerin “İlliada” sında “ərlər hökmdarı” adlanan Aqamemnon kimi, “albanlar başı”, QAZAN XAN müttəfiq qoşunların başçısıdır. Albaniya dövlətinin əsasını təşkil edən türk tayfalarının içərisində oğuzlar, albanlar, bəkdüzlər, gəngərlər, dondarlar daha çox üstünlük təşkil edirdilər. Albaniya Azərbaycanın ərazisində mövcud olan dövlətlərdən biri idi və bu dövlətin tərkibində azsaylı etnik qruplarda yaşayırdılar ki, onların dövlətin siyasətinə təsir etmək imkanları yox idi.
Albaniya çarlığının ərazisi Dərbəndən başlayaraq Borçalı, Qərbi Azərbaycan (indiki ermənistaıstan) Naxçıvan,Bərdəyə qədər uzanırdı. Hətta Vanda bir zamanlar Albaniya dövlətinin tərkibində olub. Ordakı Qədim Ağdamər(indiki Axtamar) məbədinidə xristianlığı qəbul etmiş ulu babalarımız tikiblər. Baxmayaraq ki, haylar bu qədim məbədi öz adlarına çıxırlar ancaq məbədin memarlıq üslubu onun türk memarlıq məktəbinə aid olduğunu sübüt edir.
Albaniya çarlığı eramızdan əvvəl təqribən IV-III əsrlərdə formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur.
Görkəmli qafqazşünas tarixçi Yevgeni Iqnatyeviç Krupnov yazırdı: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Albaniyanın tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdır. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”.
Eramızın ilk əsrlərindən başlayaraq güclənən Sasani şahları Albaniyanı işğal etdilər. Sasaniləri işğalçılıq siyasətilə barışmayan digər türk tayfaları III-IV əsrlərdən başlayaraq şimaldan, Dərbənd keçidi vassıtəsilə Albaniyaya axını başladı. Sasanilər bunun qarşısını almaq üçün türk olmayan tayfaları Albaniyaya köçürdü. Türklərin əhatəsində olan bu tayfalar tamam başqa dildədanışırdılar.
Artıq ərəblərin gəlişinə qədər Albaniya əhalisi üç hissədən - türkdilli, qafqazdilli və irandilli əhalidən ibarət idi. Ümumi ünsiyyət dili türk dili idi. 19 əsri sonuna qədər Dağıstanda, Gürcüstanda ünsiyyət vasitəsi türk dili olub. Bunu tarixi mənbələrdə sübut edir.
Misal üçün Azərbaycanda, Gürcüstanda olan Fdirix Bodenştedt 1845 ci ildə Almaniyaya qayıdır və Tiflisdə keçirdiyi illərin yekunu kimi "Şərqdə 1001 gün" adlı kitab yazır: "O zaman mən Tiflisdə yaşayan yeganə alman idim ki, Şərq dillərini öyrənmək istəyirdim. Mən tatar (türk) dilindən başladım, çünki bu dil Qafqazda müxtəlif millətlərdən olan insanlarla ünsiyyət saxlamaq üçün vacib sayılırdı. Bu dili bilən hər kəs rus dilini bilmədən də hər yerdə baş çıxara bilərdi."
Məxəssislər qeyd edirlər ki, “Alban” adını türkdilli tayfalarla bağlamaq daha uyğun variantdır. Çünki hal-hazırda Orta Asiyada konkret olaraq, Qazaxıstanda alban adlı türkdilli qəbilə yaşayır. Bundan başqa, çuvaşların öz yaranışlarına dair dastanda çuvaşların yaranması haqqında danışılarkən bildirilir ki, onların ulu əcdadları Qafqaz dağlarının o tərəfindən gəlmiş alpanlar olmuşdur. Son dövrlərdə aparılan sanballı elmi tədqiqatlar nəticəsində Qafqaz albanlarının türk mənşəli və türkdilli tayfa olması birmənalı şəkildə sübut edilmişdir.
Hayların, gürcülərin, türk düşməni olan bəzi rus tarixçılərinin və sapı özümüzdə olub tariximizi saxtalaşdıraraq bizi soy kökümüzdən uzaqlaşdıran bəzi tarixçilərimiz bilməlidirlərki onların bütün iddialarına baxmayaraq tarixi saxtalaşdırmaq olamaz. Yazılı tarixi mənbələrin tərcüməsi zamanı saxtakarlıq etmək olar. Necəki Moisey (bəzi mənbələrdə Musa yazılır) Kağanqatlının “Aqvan tarixi” dəfələrlə hay keşişləri tərəfindəm saxtalaşdırılaraq haylar- ermənilər indiki ermənistanın, Qarabağı və digər ərazilərin qədim sakinləri kimi təqdim olunurlar.
İndiki nəsildə bunu bir həqiqət kimi qəbul edir. Əslində belə bir kitab olub və haylar o kitabın üzərində saxtakarlıq edərək öz maraqlarına uyğun bir “Aqvan tarıxı” yazıblar. Bizdə bunu həqiqət kimi qəbul etmişik.
F. Engelisin Homerin “İlliada”sının Qəhrəmanı AQAMEMNONU “KİTABİ DƏDƏM QORQUDUN” Qəhrəmanı QAZAN XANLA müqayisəsi bir daha təsdiq edir ki, Qazan xan Albaniya dövlətinin çarı olub. Dastanda “Qazan xanın öz evini yağmalatması tarixin hərbi demokratiya dövrülə bağlı idi. Dədəm Qorqud Filiminin ssenarisi yazılanda bu kimi ciddi məqamların üzərində keçılərək AĞ, QARA və QIZILI çadır məsələsinin qabardılmasıda maraqlıdır .
Dastanın əlyazısında ARUZ xan Sonsuz deyil .”Kitabi-Dədəm Qorqud” Drezden əlyazması s.291-304. Yazılır:.. Qılbaş bir qaç adam ilə binüb Qazanın tayısı Aruzun evinə gəldi. Aruz dəxi Altun günlügin dikmişdi. Oğlanlarıilə oturmuşdu. Qılbaş gəlüb Aruza salam verdi aydır: Qazan bunqlu oldı, əlbəttə tayım Aruz mənqə gəlsün dedi.”
Filimdə isə Aruz Sonsuz kimi tədim olunur…
Digər bir məsələ dastanda hərbi demokratiya dövrünün öz əksini tapması DASTANİN daha qədim olduğunu təsdiq edir. Belə hərbi demokratiyanın Troya da da olduğunu qeyd edən F. Engelisin qərəssiz və türk olmadığını bilirik. Bəlkədə hayların onun fikirlərini saxtalaşdırmağa imkanları olmayıb. Olsaydı saxtalaşdırardılar.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tariximizin öyrənilməsə xüsusi diqqət göstərir. Qədim əlifbaları və dilləri öyrənən gənc tarixçilərimiz qədim mənbələri orjinalda öyrənəcəklər, Daha erməni, rus, fars mənbələrinə oqədərdə istinad etməyəcəklər.
Mahir Aşurov