Deputat: "Azərbaycan heç kəsin "Sputnik"i deyil"

Deputat:

Sputnik" informasiya agentliyi bu dəfə də gerçəklərdən yayına bilməyib. Bir neçə gündür haqqında danışılan agentlik indi də Rusiya siyasi maraqlarına xidmət etdiyi üçün gündəmə gəlib. Artıq agentliyin nəyə və kimlərə xidmət etməsi heç kəsə qaranlıq deyil. 

Məsələ ilə bağlı Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında bildirib ki, imperializmə xidmət edən, Azərbaycan həqiqətlərini təhrif edən hər hansı media qurumunun ölkəmizdə fəaliyyətinə qətiyyən ehtiyac yoxdur:

"Azərbaycan heç kəsin "Sputnik"i deyil. Adından belə imperialist eqo qoxusu gələn, milli dövlətləri öz ətrafında sputnikə çevirməyə çalışan, ictimai rəyi manipulyasiya edən bu cür media subyektləri şübhəsiz ki, milli maraqlara zidd fəaliyyət göstərir. Biz dövlətçiliyimizin inkişaf mərhələsində elə bir dövrə qədəm qoymuşuq ki, onu hər hansı informasiya, demokratiya, universal dəyərlər silahı ilə təhdid etmək olmaz. 

21-ci əsr yeni dünya nizamının yeni mərhələdə təşəkkülü əsridir. Biz də bütün istiqamətlərdə; hərbi, iqtisadi, mənəvi, o cümlədən informasiya müstəvisində milli maraqlarımızı qorumalıyıq. Gələcəkdə Azərbaycanın yeni nəsillər, məqsədlər üçün daha böyük imkanlar olması üçün çalışmalıyıq. Bu istiqamətdə addımlar atılmalı, mənafeyimizə uyğun olmayan hər cür kobud və yumşaq güc vasitələrinin təsiri sıradan çıxarılmalıdır".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az