Deputat: “Azərbaycanla əməkdaşlıq etmək üçün növbəyə düzülürlər”

Deputat: “Azərbaycanla əməkdaşlıq etmək üçün növbəyə düzülürlər”
"Sülh Şurası bərabər hüquqlar vəd edən, sözdə deyil, əməldə qaydalara əsaslanan nizam təqdim edən, çoxtərəfliliyə sadiq qalmaqda israr göstərən təsisatdır. Bu baxımdan, Sülh Şurasına üzvlük də praqmatik addımdır. Şuranın tərəfdaşları praqmatik olmalı, qan tökülməsinin qarşısını almağa çalışmalı, habelə ən yaxşı hesab etdikləri töhfəni verməlidirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyev milli maraqlara yönəlmiş genişmiqyaslı siyasət yürüdür, atdığı addımlarla regiona sabitlik, iqtisadi tərəqqi gətirir, azad bazar islahatları ilə yanaşı, idarəçilikdə texnokratik strukturlar da tətbiq edir. Bütün bu qərarlar sonrakı illərdə yüz minlərlə insanın həyatına toxunacaq rifahın artmasında böyük rol oynayacaq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat vurğulayıb ki, Sülh Şurasının yeniliyi ilə bərabər hədəfləri də müəyyəndir: "Şura beynəlxalq hüquqda universalist prinsiplərə dair daha geniş öhdəliklər vəd edir. Bu təsisat ədalətsiz idarəetmə qavrayışlarını yeniləməyə də ümid yaradır. ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti cənab İlham Əliyevə bir daha yüksək diqqət göstərdi, dövlət başçımızın səylərini, neçə illik zəhmətini yüksək dəyərləndirdi, əla iş gördüyünü bildirdi. Trampın cənab Prezidentə bir neçə dəfə xitab etməsi dövlət başçımızın dünya səviyyəli siyasətçi olduğundan xəbər verir. Azərbaycan yeni dünya nizamının birbaşa iştirakçısı, buna gətirən yolların isə təşəbbüskarıdır. Çünki Azərbaycan Lideri bu günü yaxınlaşdırmaq üçün gecə-gündüz, yorulmadan əmək sərf edib. Azərbaycan xalqı məhz bu amili təqdir edir, alqışlayır. İndi Azərbaycanla əməkdaşlıq etmək üçün növbəyə düzülürlər. Azərbaycan Prezidenti dünyanın yenidən qurulması məqsədilə strategiyalar və maliyyələşdirməni müəyyən etmək üçün üzv ölkələrin nümayəndələrini bir araya gətirəcək təsisatda vizyon sahibi kimi önə çıxır”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az