Deputat oğlunun saxlanılmasından DANIŞDI

Deputat oğlunun saxlanılmasından DANIŞDI
Miq.az bildirir ki, Deputat İqbal Məmmədov oğlunun və sahibi olduğu "Relax" istirahət mərkəzinin altı əməkdaşının saxlanılması ilə bağlı "Ölkə.Az"-a danışıb.

Saxlanma faktını təsdiqləyən deputat bildirib ki, hadisə vergi əməkdaşları ilə deyil, turistlərlə olub:
"Vergi əməkdaşları ilə deyil, turistlərlə bizim işçilər arasında anlaşılmazlıq yaranıb. Hazırda vergi işçiləri "Relax"da yoxlamaları davam etdirirlər".

****
Lerikdə "Relax" istirahət mərkəzində baş verən insidentlə bağlı 6 nəfər tutulub.

Miq.az APA-ya istinadən bildirir ki, ötən gün "Relax" istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.
Vergilər, Daxili İşlər Nazirlikləri və Prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər tutulub.
Mirhəmid Nərimanlı, onun yaxın qohumları Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rəhim Şahverdiyev və Amil Abbasov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırlar.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az