Deputat: “Zəngəzur dəhlizi ilə bağlı vəziyyət müharibə həddinə çatmayacaq”

Deputat: “Zəngəzur dəhlizi ilə bağlı vəziyyət müharibə həddinə çatmayacaq”
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas Zəngəzur dəhlizi məsələsi uzanarsa, Azərbaycanın dəhlizi müharibə yolu ilə alacağı barədə səslənən fikirlərə münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, çox güman, vəziyyət müharibə həddinə çatmayacaq.

 

"Çünki artıq danışıqlar olub, imzalalar atılıb. Artıq prosesə Donald Tramp vasitəçilik edir. Çox güman ki, müharibə olmayacaq. Əgər dəhlizi açmasaydılar, onda müharibə ehtimalı var idi. İndi isə yoxdur. Çünki Zəngəzur dəhlizi Ermənistana bizdən çox vacibdir”, - deputat bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az