Bu nağılın sonu gəldi,
Gəlib çatdı yol gözümə.
Göydən iki bulud düşdü,
Sağ gözümə, sol gözümə.
Bir cüt ekiz bulud gözün,
Əlində qaldım, daraldım...
Yolumdakı qara daşlar
Qara günümdən qaraldı.
Göz yaşlarım yanağıma
Ayaq açıb yeriyəcək.
Dərdim mənim oğul balam,
Nəsil-nəsil törəyəcək
-----
Göz yaşım əllərin kimi…
Mən səni düşünən kimi,
Boğazıma qəhər gəlir.
Axı unutdum deməyə
Dodağım nэ təhər gəlir.
Sən ömrüm boyunca mənim,
Boşalıb-dolan gözlərim.
Geriyə dönən ayağım,
Arxada qalan gözlərim.
Sığal çəkir yanağıma,
Göz yaşım əllərin kimi.
Əlim çatmaz, səsim yetməz,
Uzaqsan illərim kimi.
Haradasan,hayandasan?!
Çağır gəlim yaxınına.
Göz yaşımı sel eyləyib,
Düşmüşəm axınına.
-----
Lap təzədən…
Gözünü yumub açasan,
Əllərinə bir əl düşə.
Yaşın da o yaş olmaya,
10-15 il əvvəl düşə.
Qayıdasan, axır yolun
Yollarının başı ola.
Göxlərindən axab yaş da
Ömrün-günün qışı ola.
Ağladıqca, ağladıqca,
Durulasan, durulasan.
Sevməmiş qız ürəyinlə
Lap təzədən vurulasan.
Laaap təzədən vurulasan.
--
Pəncərə
Külək əsir pəncərəmdə,
Ağacların kölgə-kölgə
ruhu gəzir pəncərəmdə,
qorxu gəzir pəncərəmdə...
Pəncərəmdən çöl görünür,
Uzun,arıq yol görünür.
Bu çöllərin adamı yox,
Ümid hanı, o damı yox?!
Xatirələr dul görünür.
Ömrü il-il ötürürəm,
Səhər gəlir, axşam düşür.
Tanrı yandırır şamını,
Göy üzündən ay şam düşür.
Ay şam düşür ürəyimə,
Ürək ala qaranlıqdı.
Səndən nə ömür qalıbsa,
Sənsiz üzü o yanlıqdı.
Pəncərəmin çölü sənsiz,
Pəncərəmin içi sənsiz.
Bilsən necə darıxıram,
Bilsən, sənin üçün, sənsiz...
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.