Dilarə boşanma xəbərindən danışdı - “Bu, mənim üçün vacib deyil”

Dilarə boşanma xəbərindən danışdı - “Bu, mənim üçün vacib deyil”

Azərbaycanın "Eurovision –2014” mahnı müsabiqəsinin təmsilçisi Dilarə Kazımova boşanma xəbərinə münasibət bildirib.

Müğənni "Qafqazinfo”ya açıqlamasında bildirib ki, şəxsi həyatının müzakirə olunmağını istəmir:

"Şəxsi həyatımın müzakirə olunmağını istəmirdim, hazırda da istəmirəm. Bu barədə çox danışmaq istəmirəm. Şəxsi həyatım qoy şəxsi həyatımda qalsın. Mən heç vaxt bu barədə danışmamışam. Qoy cavab verməməyim insanların beynində şübhə yaratsın. Mənim üçün bu vacib deyil. Özümü həmişə sənət və musiqiyə vermişəm. Qoy insanlar mənim ifa etdiyim mahnıları düşünsün. İstərdim ki, hər kəs sənətimlə maraqlansın. İnsanlar var ki, şəxsi həyatı haqda danışmaq istəmir. Mən də belə insanlardanam”.

Xatırladaq ki,  müğənninin boşanmağı barədə xəbər yayılmışdı. Xəbərdə Mərt Aslan adlı türkiyəli iş adamı ilə evlənən müğənni bir müddətdir ki, həyat yoldaşı ilə münasibətlərinə son qoyduğu qeyd olunmuşdu.
Dilarə boşanma xəbərindən danışdı -
Dilarə boşanma xəbərindən danışdı -
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az