Dilqəm Əsgərov 6 il sonra evində - Foto

Dilqəm Əsgərov 6 il sonra evində - Foto

Erməni girovluğundan azad edilən Dilqəm Əsgərov artıq evə buraxılıb.

Miq.Az xəbər verir ki, bu barədə Dilqəm Əsgərovun oğlu Kürdoğlu məlumat yayıb və atası ilə fotosunu paylaşıb.

D.Əsgərov 6 il erməni girovluğunda qaldıqdan sonra Azərbaycanın Vətən Müharibəsindəki qələbəsinin ardından dəyişdirilən əsirlərlə birgə Azərbaycana təhvil verilib.

Qeyd edək ki, bu gün dekabrın 14-də erməni əsirliyindən azad edilərək Bakıya gətirilən Emin Baxşəliyev, Amin Musayev, Yəhya Abdinov, Şərif Əliyev, Ömər Ələkbərov, Nurəddin Yolçuyev, Bayram Kərimov, Şahbaz Quliyev, Mobil Əhmədzadə, Nurlan Əlizadə, Anar Əliyev iki həftəlik karantin rejimini başa vurub və hamısı evə buraxılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az