DİN: "Qadına qarşı zorakılıq edən polis vəzifəsindən azad edilib"

DİN:

Elşad Hacıyev: "Qubadov vəzifəsindən azad edilib, sonra nə olacaq, bilmirik”

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sahə müvəkkili Camal Qubadov vəzifəsindən azad olunub.

Səbəb Camal Qubadovun fevralın 12-də Yasamal rayonunda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri etməsidir.

Həmin hadisənin əks etdirən video çəkiliş sosial şəbəkələrdə yayılmışdı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmisi Elşad Hacıyev Meydan TV-yə Camal Qubadovun vəzifəsindən azad edildiyini təsdiqləyib.

"Əmrdə Qubadovun vəzifəsindən azad edildiyi göstərilib. Sonra nə olacaq, bilmirik”, - deyə o bildirib.

Bərbərxanaya daxil olan sahə müvəkkili Camal Qubadov qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib.

Qadın isə maska taxdığını bildirərək buna etiraz edib.

Daha sonra sahə müvəkkili bərbərxanada həmin qadını itələyib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az