Son zamanlar Azərbaycan Respublikasında dini təbliğat ildırım sürəti ilə yayılıb. Bu məni niyə modernizm dövründə belə hallar baş verir düşünməyimə səbəb olub. Əlbəttə, bu mövzu haqqında fikir ifadə etmək elə də rahat deyil. Lakin mən ümumiyyətlə, din və Allah fərziyyəsi nədən və hansı səbəbə görə hələ də yaşayır və bəzi ölkələrdə, o cümlədən Azərbaycan Respublikası kimi ölkədə hətta genişləndiyi fərziyyə haqqında öz düşüncələrimi sizinlə paylaşmak istərdim.
Dini fərziyyə və elm arasında böyük fərq olsa da, məncə iki səbəbdən dini hesabatlar yaşamaq qüdrətinə malik ola bilib. Birincisi təbiətin reallıq faktlarını təhrif etmək vasitəsilə, ikincisi isə faktlar boşluqlarında Allah və dini fərziyələrin yerləşdirmək yolu ilə.
İlkin hipotezdən desək orada tələb olunur ki, reallıq faktlar dini faktlara tabe olmalıdır. "Allahın sözü" diyən irticalar elm həqiqətlərini bir vəsitə kimi din fərziyyəsinin həqqaniyyəti də hesab edir və ümumiyyətlə din və elm arasında heç bir münaqişə yoxdur deyə, hər bir zidiyyətə xeyirxahlıqla ilahi çərçivədə izahını axtarır. Necə ki təkamül və creationism fərziyyəsi arasında gedən münaqişə belə hipotezdən ilham alınmış bir münaqişə kimi hesab olunur. Və bu arada xeyirxah teoloqlar münaqişəni "aradan qaldırmaq" üçün obyektiv reallıqları təhrif edərək müzakirə yerinə ehtimalatlardan söhbət açılar. Və öz arqumentlərində yalnız bir həqiqət və bir obyektiv reallıqın ola bilməməsini ehtimal verillər və nəhayət həqiqət elm əsasında olduğu bir prinsipial kimi qəbul etsələr də, onu həqiqət şərhi əvəzinə bir izahat həqiqəti kimi təsəvvür edirlər. Yəni elmi həqiqətlər dini fərziyyəni izah edir. Halbuki burada dərin bir fərq vardır. Eksperimentlər və obyektiv reallıqlar əsasında tanış həqiqətlər əslində bir amac daşıyır və o da bizə proqnozlaşdırmaq imkanı verir. Lakin izahat həqiqətləri bəşəriyyəti belə imkandan məhrum edir. Sadə dildə desək elm isbat edir ki, yalnız bir obyektiv reallıq var. O da budur ki, mütləq sıfır nöqtəsi yanlız -273 °C əldə etmək mümkündür və bu cür sübut olunmuş reallığa da heç bir "alternativ" həqiqət yoxdur. Nə bizim rəy və nə də bizim hisslərimiz bunun üçün heç bir şeydir və üstəlik dini etiqadlar və metafizik həqiqətləri də bu reallıqlara təsir edə bilməz, necə ki bir daşın göydən yerə azad düşməsinə hisslərimizin təsir imkanı yoxdur. Beləliklə elm bizə proqnozlaşdırmaq imkanı verir ki daşı göyə atarsaq, o yenidən yerə düşəcək. Allah fərziyyəsi tərəfdarları da ancaq eksperimentlər əsasında sübutlaşmış reallıqları proqnozlaşdırmaq üçün yox, bəlkə keçmişi şərh etmək üçün istifadə edərək ateistlərə hücum edirlər. Bu kontekst üzərində Stephen Jay Goulds tərəfindən məşhur NOMA prinsipləri ortaya qoyulub. Ümumiyyətlə desək orda din və elm iki bir-birindən ayrılmış ”fakt” və “dəyər” bölümündə izah olunur. O zamana kimi irtica qüvvələr məsələyə qarışıb dəyərləri fakt kimi hesab olmağını tələb etmir.
"Heç bir fakt yoxdur, yalnız şərhlər var" deyə Friedrich Nietzsche "izahat həqiqətləri" tərəfdarlarının çırağına yanacaq tökərkən, Franz Kafka isə qaranlıq, qarmaqarışıq dünyada hər şey az və ya çox doğru ola biləcəyini elan etdi. Amma bilirik ki, onlar bir-biri ilə münaqişə də ola bilməz. Çünki kökündə bütün şərhlər obyektiv mənbədən başlamalıdır.
Yəni qırmızı bir avtomobil tamamilə yaşıl ola bilməz və onu doğru bir fakt kimi müəyyən etmək üçün də heç bir münaqişə vəya ziddiyyət yoxdur. Qırmızı isə nədən qırmızı olduğu çox aydındır və hər bizim sübyektiv baxışdan asılı olmayaraq materialını təşkil edən maddələr hər zaman eynidir. Ümumiyyətlə, biz bütün nisbilik, kvant mexanikası, kainatın genişlənərək Big Bang nəzəriyyəsi riyaziyyat formaları və eksprementlər yolu ilə bilirik. Digər tərəfdən dini və kosmogoniska yaradılması hekayələr ata-babalarımızdan bizə irs qalıb.
Hansı hesabatları necə dəyərləndirmək isə ancaq elmi metodologiya tələb edir. Lakin Azərbaycan Respublikasında hal-hazırda elmsiz kapitalism fiğan edərək dini təbliğat üçün uyğun şərait var. Dini fərziyyə və elm arasında heç bir münaqişə getmir və normal olaraq irtica qüvvələr o cümlədən İran hakimiyyəti tərəfindən maliyyələşmiş qruplar bu fürsətdən maksimal halda istifadə edib dini təbliğat edirlər.
Dr. Manaf Sababi
Malmo Universitetinin doktoru