Dini konfessiyaların nümayəndələri Xocalı faciəsi qurbanlarını yad etdilər

Dini konfessiyaların nümayəndələri Xocalı faciəsi qurbanlarını yad etdilər
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiyaların rəhbərləri faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış "Ana fəryadı" abidəsini ziyarət ediblər.
           
Din xadimləri XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciə qurbanlarının abidəsinin önünə tər çiçəklər düzüblər, faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək onların ruhları üçün dualar ediblər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az