Rusiyada meşədə
Noyabrın 6-da, Rusiyanın Tambov vilayətində Miçurin rayonunun Lesximuçastok qəsəbəsi yaxınlığında 62 yaşlı kişi meyiti tapılıb. "Report" "LifeTambov" nəşrinə istinadən xəbər verir ki, meyitin üzərində sənədlər olduğu üçün, onun şəxsiyyətini dərhal müəyyən etmək mümkün olub. Məlum olub ki, o, Azərbaycan sakinidir, lakin Rusiya pasportu var və Lipetsk vilayətinin Dankov şəhərində yaşayıb. Təqaüdçü "Cinayət barədə qəsdən yalan məlumat vermək" maddəsi üzrə şübhəli bilinərək axtarışda olub. Ehtimal ki, o, axtarışa verildiyi üçün piyada Miçurinə, oradan isə harasa getmək qərarına gəlib. Lakin kişi meşədə donaraq dünyasını dəyişib. "Onun üzərində şəxsi əşyaları və sənədləri var idi. İlkin ehtimala görə, kişinin ölümünə donvurma səbəb olub", - deyə Rusiya İstintaq Komitəsi İstintaq İdarəsinin Miçurin Rayonlararası istintaq şöbəsinin rəis müavini Vladimir Timoşkin bildirib.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib