DSX-nin ələ keçirdiyi erməni diversantlar – FOTO

DSX-nin ələ keçirdiyi erməni diversantlar – FOTO
Xəbər verdiyimiz kimi, mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmışdı.

KONKRET.az xəbər verir ki, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan silahlı qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdı.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaqa başlanılıb və toplanmış sübutlar əsasında Harut Hovakimyan və Karen Qazaryan şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Həbs edilən erməni diversantların sosial şəbəkədə yayılan fotolarını təqdim edirik:


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az