Mərkəzi Kəşfiyyat İdarəsində terrorda şübhəli bilinən şəxslərin dindirlimə prosesin görə əksər dünya ölkələri Amerikanı insan haqlarını pozmaqda günahlandırıb.
Publika.az-ın məlumatına görə, Çinin Xarici İşlər Nazirliyi Amerikanı arbitrarlıqda ittiham edib. Rusiya və Pakistan da tənqidlərə qoşularaq ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin dindirilmə texnikasını beynəlxalq qanunlara zidd adlandırıb.
ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyni isə MKİ-nin 2001-ci il terror aksiyalarında sonra sorğu-sual metodlarının Ağ Evin istədiyi şəkildə həyata keçirdiyini bildirib.
Fox xəbər agentliyinə müsahibəsi zamanı Çeyni deyib ki, bu proqram hücumun məsuliyyətini daşıyanların ələ keçirilməsi və bu kimi hücumlara bir daha yol verilməməsi məqsədi daşıyırdı.
O, MKİ-nin Senatın hesabatından sonra təndiq deyil, tərifə layiq olduğunu bildirib.
Çeyni proqramda bəzi yanlışlıqlar olduğunu etiraf etsə də, rəsmilərin işgəncələrə yol verilməməsinə çalışdığını deyib.
2009-cu ildə hakimiyyətə gələndən sonra proqramı ləğv edən ABŞ dövlət başçısı Barak Obama qanun pozuntularının böyük yanlışlıq olduğunu və bu yanlışlıqların təkrar olunmamasının vacibliyini vuğulayıb.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib