"Düşmən Bərdəni işğal edərək Yevlaxa çıxmağı planlaşdırmışdılar"- Hərbi ekspert
Tərlan Eyvazov
Hərbi ekspert
1994-cü il yanvarın sonlarında Tər-tər Ağdərə cəbhəsindən vəziyyət çox gərginləşmişdi. Bu döyüşlərin növbəti ildönümümdə dostlarımızla yaddaşımda olan bəzi xatirərlərimi bölüşmək istərdim. Mərhum yazar, "əfqan" dostum Zakir Sadatlının təbirincə desək:
ÖLƏNLƏRİN XATİRƏSİNƏ, QALANLARIN YADDAŞINA...
776 saylı hərbi hissə 1993-cü ilin döyüşlərindən, ölkəd baş verən siyasi keşməkeşlərdən sonra Bakı ətarfındakı hərbi şəhərciyinə qayıtmış, yeni ştat cədvəlinə uyğun olaraq təşkilatlanmağa başlamışdı. Əvvəlki ştatdan fərqli olraq indi hissə, XTKD-si (Xüsusi Təyinatlı Kəşfiyyat Dəstəsi adlanırdı ( rusca OMON). Hissənin ştatı kəfiyyat hissılərindən fərqli olaraq 903 nəfərdən ibarət idi. Bu sovet dönəmi ilə müqayisədə az qala bir polk səviyyəsində idi. Dəstə 4 kəşfiyyat , 1 rabitə, 1 komendant, həmçinin sürücü, təmir, aşbaz taqımlarını birləşdirən 1 təhcizat bölülklərindən ibarət idi. Komandirin 4 müavini, həmçinin bütün xidmətlərlə yanaşı ştaba daxil olan opretiv kəşfiyyat şöbəsi fəaliyyət göstərirdi. Kəşfiyyat bölüklərinə 3 kəşfiyyat və 1 minamyot taqımı daxil idi. Taqımlar o dövr üçün bütün atıcı silah növləri ilə təmin edilmişdi. Həmçininin minamyot taqımlarının hər bir bölməsi 3 minamyotla təhciz olunmuşdu. Bu da özlüyündə hər bir kəşfiyyat taqımının avtonom şəkildə minamyot dəstəyi üçün kifayət idi. Hər bir taqımın özünə məxsux ZİL-131 avtomobili ilə təhciz edilmişdi. Hissənin əsas heyyəti döyüşlərdə bərkimiş, təcrübə qazanmış hərbiçilər idi. Əlavə olaraq isə 1993-cü ilin payızında təlim mərkəzlərindən (türk zabitlərinin hazırladıģı) normal təlim görmüş, seçilmiş əsgərlər cəlb olundu. 1993-cü ilin yayından, yanvar döyüşlərinə qədər döyüşçülərimiz hər gün ən azı 12, 14 bəzən 16 saat təlim keçirdilər. Əsgərlərin hamısı fiziki hazırlıqla, digər peşə hazırlığı ilə yanaşı həmçinin bütün silahlardan sərrast atəş açmağı öyrənmişdilər. İndi yazacağım fakt haqqında hələ heç yerdə deyilməyib. 1993-cü il iyul ayında indiki nazirimizin qardaşı polkovnik Eldar Həsənov MN Kəşfiyat İdarəsinə rəhbərilik edirdi. Biz onun tabeliyində idik. Eldar müəllim öz şəxsi əlaqlərindən istifadə edərək QRU zabiti olan bir həmyerlimizin köməyi ilə bir qrup bu quruma daxil olan zabiti əsgərlərimizin hazırlığı üçün dəvət etmişdi. Bu zabitlər Rusiya hakimiyyətindən gizlin olaraq öz məzuniyyətləri hesabına bizimlə 1 ay ərzində məşğul oldular. Tam mübağiləsiz deyə bilərəm ki, bu zabitlərin peşə hazırlığı məni heyran etdi.
MN -yi həmin vaxtda gərgin döyüşlərin getməsinə baxmayaraq bizim hissəni, həmçinin polkovnik F.Şabanovun komandanlığı altında yaranmaqda olan 172 saylı hərbi hissəni düzgün olaraq ehtiyyatda saxlayırdı. Nəhayət bizim növbəmizdə çatdı. Ən əvvəl N.Sadıqovun ambisiyalı sərəncamına görə 776 saylı hərbi hissə xətt batalyonu kimi 772 -nin tərkibinə verilməsi məsələsi gündəmə gəldi. Amma kəşfiyyat idarəsinin israrlı arqumentlərindən sonra bizim hissəyə xüsusi tapşırıq verildi. Məlumdu ki, həmin dövrdə Horadiz istiqamətində qoşunlarımız xeyli irəliləmiş, bir çox məntəqələrimizi işğaldam azad etmişdilər. Amma bu döyüşlər asan başa gəlməmişdi...
İtkilər baş vermiş, həmçinin həmin istiqamətdəki döyüşçülərimiz yorulmuşdular.776 saylı hərbi hissəyə verilən əmrə əsasən dəstə Fizuli istqamətində qruplar şəklində düşmən arxasına keçib arxadan ermənilərə zərbə endirməli, sonra isə bizmkilərin hücumu üçün şərait yaratmalı idi. Plan həddən ziyadə məxvi saxlanırdı. Hətta hissə rəhbərliyini bundan xəbəri yox idi. Ona görə əvvəlcədən aldadıcı manevr kimi bizə hay, küylə Bərdə istiqamətinə hərəkətlənmək əmr olundu. Yanvar ayının 27-də hissəmiz dövrünə görə ən yaxşı təhciz olunmuş, ən hazırlqılı hissə kimi cəbhəyə yola düşdü. Mən bu hadisələri xatırlayarkən komandirmiz polkovnik Eldar Ağayevin meydanda öz əsgərləri qarşısandakı çıxışını böyük fəxarət və qüssə ilə xatırlayram. "Biz millət dyilik, biz gerizəkalıq" deyən birlərimiz kaş ki, bu mənzərinin şahidi olaydılar. Ömrü boyu vətəndən kənarda xidmət etmiş, vətənin dar günüdən onun harayına gələn, ölənə qədər vətənindən hətta iki otaqlı mənzil belə almayan bu şərəf simvolu, bu azəri balası hələ tam öyrəşmədiyi ana dilində necə əsgərlə müaricət etdi..bunu yalnız görmək lazım idi...
Təkcə bir faktı deyim ki, silahdan əlavə hər bir əsgərin üç komplekt geyim forması, həmiçinin təzə qış geyimi var idi. O dövdə xidmət edən zabitlərimiz bunu neçə çətin başa gəldiyini yaxşı bilirlər. O vaxt komandirin arxa cəbhə üzrə müavini kimi Ordu anbarlarına süpürgə çəkib hamısını ala bilmişdim. Həmin gün müyyən qeyri tapşırıları yerinə yetirmək üçün mən şəhərcikdə qalmalı oldum Axşam Rusiyanın Vesti proqramı bu hadisəni işılqlanıraraq belə bir ifadə işlətdi: "Azərbaycan otparavil na front svoyu samuyu otbornuyu çast"
Rəhbərliyin bu hərbi fəndi özünü doğrultdu. 28-nə keçən gecə bizim hərbi hissə maşınların işıqlarını söndürərək Tər -Tərdən çıxıb Fizuli istiqmətinə yola düşdü. Cəbhə xəttinə çataraq hərbi əməliyyatın hazırlığına başladı. AMMA... qeyd etdyim kimi bu fənd alındı və həddən ziyadə effekt verdi. MN-dən bizə təhkim olunmuş general Alayarov (mərhum) təcili olaraq geriyə Tərtərə dönməmizi əmr etdi. Komandiə xitabən: "Aqayev, zavaril kaşu, tebe i zaxlyobıvat" dedi... sən demə ermənilər döğrudan da bu fəndə inanmış və bütün qüvvələrini Tər Tər Ağdərə cəbhəsinə yönəldərək gözlənilmədən zərbə endirməklə Tər-Tər və Bərdəni işğal edərək Yevlaxa çıxmağı planlaşdırmışdılar. Artıq Fizuli istiqmətində hücumdan söhbət belə gedə bilməzdi. Durum həddən artıq kritik idi. Ona görə də 776 saylı hərbi hissə təcili geriyə Tər-Tərə qayıdaraq Marquşevana yerləşib düşmənə əks zərbə vurmaq üçün hazırlandı...
Bu döyüş barədə isə maraqlıdırsa ikinci hissədə məlumat verərəm..
Miq.Az