Bu gecə erməni diversiya qrupa hücuma keçib, lakin itki verib
Ermənistan ordusu yenə itki verib.
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan açıqlama verib.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində Tavuş vilayətində müddətdən artıq xidmət edən hərbçi ölüb.
Ovannisyan bildirib ki, bu gecə cəbhədə atışma zamanı 1980-ci il təvəllüdlü müddətdən artıq xidmət edən Arman Raşidoviç Udumyan ölüb. O, çavuş olub.
Qeyd edək ki, Ermənistan ordusu yeni il başlayandan xeyli itki verib. Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan ordusu erməni kəşfiyyat-təxribat qrupunun hücumlarının qarşısını alır, düşmən itki verərək geri çəkilir:
"Erməni tərəfinin rəsmi olaraq təsdiq etdiyi kimi, yanvarın 3-dən 20-dək yalnız cəbhədə onların (Ermənistan Silahlı Qüvvələrinin) 8 hərbi qulluqçusu məhv edilib, 4 nəfəri isə ağır yaralanıb. Təsdiq edilən itkilər ancaq Ermənistan Silahlı Qüvvələrinə məxsusdur. İşğal edilmiş ərazilərimizdən, Dağlıq Qarabağdan olan və zorla cinayətkar silahlı dəstələrə cəlb olunmuş ermənilər arasında itkilər isə gizlədilir, onların sayı rəsmi açıqlanandan ən az iki-üç dəfə çoxdur. Müdafiə Nazirliyi bir daha bildirir ki, işğalçı qüvvələr torpağımızdan çıxarılanadək bu cür itkilərə daha çox məruz qalacaq və bütün bunlara, eləcə də baş verə biləcək təxribatlara görə birbaşa və qeyd-şərtsiz Ermənistanın kriminal hərbi-siyasi rejimi məsuliyyət daşıyacaq”.
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE