"Düşmən snayperlərinin KOMANDİRİ MƏHV edilib: 3 nəfər ÖLÜ və ondan iki dəfə çox yaralı" - Hərbi ekspert


Tanınmış hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov özünün feysbuk səhifəsində maraqlı açıqlama ilı çıxış edib. Statusun maraqlı olduğunu nəzərə alıb oxucuların da diqqətinə çatdırırıq. 

Əziz dostlar! Hörmətli həmkarlar!

Bildiyiniz kimi, bir qrup müharibə veteranı və hərbi sahə ilə bağlı ekspert və blogerlər Azərbaycanın Qəhrəman əsgərlərindən olan Dövlət Sərhəd Xidmətinin (DSX) Qazax Sərhəd Diviziyasının əsgər və zabitləri ilə çox yaddaqalan bir görüş keçirtdi. Və çox sağ olsun DSX-nin rəhbərliyi ki, bu görüşü operativ təşkil elədi və biz öz gözlərimizlə əziz qardaşlarımızın gördükləri işləri həm şəxsən müşahidə etdik və imkan daxilində tarixin yaddaşına köçürdük. Dünəndən baxıram, sosial şəbəkədə sadəcə vaxt keçirən bəzi dil pəhləvanlarına görə xəcalət çəkirəm. 

AYIBDIR dostlar və sadəcə yoldaşlar. Sizin ermənidən nə fəqiniz oldu?

Azərbaycanlı oğullar çox qısa müddətdə, ağla sığmayan bir işlər ortalığa qoyublar. Özü də elə çətin şəratidə ki, vallah o dil pəhləvanlarından kim istəyirsə mən onu və ya onları şəxsən o yerlərə aparmağa hazıram ki, qoy öz gözləri ilə görsün ki, ZƏHMƏTKEŞ ƏSGƏR balalarımız öz komandirləri ilə necə bir mühüm işlər görüblər. Vicdanınız olsun. Kimə gülür və ya lağ edirsiniz ay bədbəxt adamlar? Siz əvvəl özünüzə qiymət verin, sonra o cür ağır şəraitdə erməni kimi qaniçən vəhşi düşmənlə üz-üzə, güllə yağışı altında ortaya İŞ QOYAN balalarımıza. Bu proses davam edir. Sizi nə qane etmir, ay bədbəxtlər? Əsgər və zabitlər ƏMRƏ TABE adamlardır. Bu cür sərt şərtlər çərçivəsində əgər DSX-nin rəhbərləri qətiyyət və əsl kişilik nümayiş etdiriblərsə, erməninin və ona havadarlıq edən alçaqların ağzını necə lazımdırsa ovublarsa, özü də İTKİSİZ, siz nədən narazısınız? Erməni o istiqamətdə son vaxtlarda öz ən ağır itkilərini verib. Qərb istiqamətində snayperlərin komandiri polkovnik rütbəli M...ləqəbli yaramaz MƏHV edilib. 3 nəfər ÖLÜ və ondan iki dəfə çox yaralı. 

Bu müraciəti ona görə yazdım ki, kiminsə məndən və ya ora mənimlə gedən dostlardan və yoldaşlardan, ən əsası isə DSX-nin rəhbər şəxslərindən xoşu gəlməyə bilər. Biz avro və ya dollar deylilik ki, siz bizi sevib-əzizləyəsiniz. Yuxarıda başınızın üzərində Ulu Yaradanı unutmayın. 

Mən yazmışdım və demişdim. Bir daha təkrar edirəm. Mən orada Qəhrəman əsgərlərimizi, GECƏ-Gündüz bilmədən ÖN xəttdə əsgərlərlə bərabər olan generalları və zabitləri bağrıma basdım və hamımızın adından təşəkkür etdim. 

Bu uğur təkcə DSX-nın uğuru deyil, bu həm də bütövlükdə Azərbaycanımızın düşmənə vurduğu zərbələrdən daha birisidir. 
Çox-çox xahiş edirəm, kompüter klaviaturası arxasında özünü çox "ağıllı və savadlı" göstərməyə cəhd edən yaramazlara sərt şəkildə yerini göstərin. Mən tənqidi qəbul edirəm. Amma, lağ-lağanı, rişğəndi qətiyyətlə rədd edirəm. Onu yazan və edən şəxs mənim üçün erməni qədər alçaq və şərəfsizdir. Kim öz ailəsində ÖZ QEYRƏTİNİ və NAMUSUNU təhqir etməyi özünə rəva görürsə, onlara sadəcə yazıqlar olsun. Düşmənlə üz-üzə dayanan əsgərlərə və onların komandirlərinə HƏR KƏS dəstək olmalıdır. Onlar bizim başımızın tacıdırlar. 
Tanrı onları qorusun!
Tanrı Azərbaycanımızı qorusun!
P.S. Bir qədər əsəbi və emosional yazdığım sözlərə görə də dəyərli dostlarımdan üzr istəyirəm. Sadəcə məni düzgün anlamağınızı və qəbul etmənizi xahiş edirəm. Mən həyatımda bizim Azərbaycan Əsgəri kimi bacarıqlı və edilməsi mümkün olmayan işləri ortaya qoymağı bacaran bir başqa varlıq görmədim. Qazax istiqamətində ƏSGƏRLƏRİMİZ fantastik mühəndis-istehkam işləri görüblər. Qarabağı da inşallah o MÜQƏDDƏS ƏSGƏRLƏRİMİZ bizlərə qaytaracaqlar.

Üzeyir Cəfərov
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant 

Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az