Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, ötən günlərdə sevgilisindən ağız dolusu danışan türk ifaçısı Ebru Polad yeni fotolarını paylaşıb. Məlumata görə, ailə həyatı qurmağa hazırlaşan müğənni adını hər kəsdən gizli saxladığı sevgilisinin şəklini ilk dəfə paylaşıb. Sevib, seçdiyi insanın iş adamı olduğunu deyən Ebru sevgilisi ilə birlikdə avtomobilin içində çəkdiyi fotonu WhatsAppda baş şəkilə qoyub.
Qeyd edək ki, bu yaxınlarda konsert proqramı ilə Avropa turuna çıxmağa hazırlaşan ifaçı ötən günlərdə ailə quracağı insan barədə maraqlı açıqlamalar verib. Konsert turuna hazırlaşan Ebru, çıxış etmək üçün Milana üz tutduğunda lazım olan sənədlərini də özü ilə götürəcəyini və məhz orada nikah tarixi müəyyənləşdirəcəyini vurğulayıb.
İfaçı Milanı çox sevdiyini, orada evlənib və evlilik alış-verişi edəcəyini bildirib: "Ebru Polad deyəndə kişilərin ağlına dəb və alış-veriş gəlir. Çünki geyim barədə diqqətçiləm, mütləq brend olmalıdır. Mağazalar yeni geyimləri gəldikdə ilk mənə zəng vururlar. Bu uşaqlığımdan belədir, geyimlərimə qarşı çox həssasam". Jurnalistin, "Alış-verişə nə qədər pul xərcliyirsən?" sualına isə, Ebru belə cavab verib: "Tam olaraq nə qədər xərclədiyimi demək ayıb olar, bunu açıqlamaq düzgün deyil. Amma çox deyil, iki həftədən bir mağazalara gedirəm".
Vətəninfo.az
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT