Efirlərə çağırılanlar bilmirsən müğənnidir, yoxsa boksyor - Hikmət Babaoğlu

Efirlərə çağırılanlar bilmirsən müğənnidir, yoxsa boksyor - Hikmət Babaoğlu
"Kütləvi tərbiyənin necə aparıldığəını ya bilmirik, ya da bu yoxdur". 

Bu fikirləri Milli Məclisin iclasından deputat Hikmət Babaoğlu deyib.

Qanun layihələrinə "sosial media mədəniyyəti", "virtual mədəniyyət" anlayışlarının gətirilməli olduğunu bildirən deputat bildirib: 

"Biz çox gileylənirik ki, haradadır bizim musiqi mədəniyyətimiz, əvvəlki musiqilərimiz? Bu gün efirə çıxan müğənninin bilmirsən mimikasına, jestlərinə ya bayağı musiqisinə baxasan. İnsanın üzünə baxanda, fikirləşirsən ki, görəsən indi intihar edəcək? Müğənnilər efirdə mahnı oxuyanda barmağı ilə sanki insanı hədələyir. Bilmirsən o adamların üzü müğənninin, yoxsa boksyorun jestləridir”.

Deputat Mədəniyyət Nazirliyinin bu sahədə də müvafiq addımlar atmasının vacibliyini vurğulayıb.

"Mən düşünürəm ki, müasir dövrdə sosial media mədəniyyəti üzərində fikirləşmək lazımdır. Sosial şəbəkə mədəniyyətimizin formalaşması üçün bir dinləmə keçirək, bu sahədə bir iş görək”, – o sonda vurğulayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az