Əflatun Amaşov rəsmən deputatlığa namizəd oldu

Əflatun Amaşov rəsmən deputatlığa namizəd oldu
Mətbuat Şurasının sədri Əflatun Amaşovun deputatlığa namizədliyi rəsmən qeydə alınıb.
Vətəninfo.az Modern.az-a istinadən xəbər verir ki, bu haqda məlumat Mərkəzi Seçki Komissiyasının saytına yerləşdirlib.
Mətbuat Şurasının sədri deputatlığa namizəd kimi 62 saylı Saatlı seçki dairəsində mandat uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, bu dairənin hazırki deputatı akademik Cəlal Əliyevdir. Amma Cəlal Əliyev YAP-ın yeni siyahısına salınmayıb.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) 62 saylı dairədən Nazim Rəşidovun namizədliyini irəli sürüb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az