ABŞ Prezidenti Barak Obama Əfqanıstanda hərbi missiyanın başa çatdığını bəyan edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.
Əfqanıstandakı hərbi əməliyyatları ABŞ tarixində ən uzunmüddətli müharibə adlandıran Barak Obama 13 il əvvəl 11 sentyabr terror hadisəsindən sonra Amerika xalqının Əfqanıstanda terrorizmə qarşı müharibəyə başladığını qeyd edib. O bu müharibədə 2200 Amerika əsgərinin həlak olduğunu, onların ABŞ vətəndaşlarının təhlükəsizliyi uğrunda canlarından keçdiyini bildirib.
Eyni zamanda ABŞ Prezidenti Əfqanıstanın hələ də təhlükəli yer olduğunu, əfqan xalqı və ölkənin güc strukturlarının sabitliyi bərpa etmək üçün mübarizəni davam etdirdiklərini qeyd edib. Əfqanıstan dövlətinin dəvət ilə bu ölkədə məhdud sayda ABŞ hərbi qulluqçularının qalacağını deyən Barak Obama onların əsasən yerli güc strukturlarına təlimlər keçəcəyini, Əl-Qaidə terrorçularına qarşı əməliyyatlar hazırlamaqda kömək edəcəklərini bildirib.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib