Əhəd Abıyevin icra başçısı olduğu rayonda ƏMƏLİYYAT KEÇİRİLDİ: Saxlanılanlar var

Əhəd Abıyevin icra başçısı olduğu rayonda ƏMƏLİYYAT KEÇİRİLDİ: Saxlanılanlar var

Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyev saxlanılıb. 

Miq.Az-ın  əldə etdiyi məlumata görə, hüquq-mühavizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində hər iki şəxs korrupsiya və torpaq satışı ilə bağlı yol verdikləri qanunsuz əməllərə görə saxlanılıb. Qeyd edək ki, R. Allahverdiyev 1999-cu ildən bələdiyyə sədridir. 

Şahbaz Mehdiyev isə  ləğv olunan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsində işləyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az