Ehtiyatda olan zabit Abuzər Əbilov: "ƏSMN və DSMF niyə başıma bu oyunları açır?"

Ehtiyatda olan zabit Abuzər Əbilov:
Daxili Qoşunların 2 ci qrup Qarabağ əlili olan ehtiyatda olan zabit Əbilov sosial şəbəkədə ictimaiyyətə müraciət etdi: "ƏSMN və DSMF niyə başıma bu oyunları açır?"

2-ci qrup Qarabağ əlili, Daxili qoşunların ehtiyatda olan zabiti Abuzər Əbilov sosial şəbəkədə ƏSMN və DSMFnun başına açdığı oyunlardan söz açaraq ictimaiyyətdən kömək istəyib. 2-ci qrup Qarabağ əlili, Daxili qoşunların ehtiyatda olan zabiti Abuzər Əbilovun müraciətini nəzərinizə çatdırırıq:
"Dostlar köməyinizə ehtiyacım var.
Şəkildə gördüyünüz insan 2003 cü ildən Azərbaycan ərazisində itgin düşmüşdür. Baxmayaraq ki, o hələ də ailəsi ilə yaşayır, amma ƏSMN və DSMF ın gözündə bu insan ya ölüb yada itgindir. Bəla orasındadır nə itgin sənədi nədə ölümşəhadətnaməsi vermirlər ki gedib dəfn üçün müavinər alaq.
Məsələ necədir.Amma gülməkdən qəşş etməyin,çünki ƏSMN və DSMF hər zaman xalqımızı güldürmək üzrə öz utopikliyində yek-dir.
Bu Rəhmətlik artıq 26 ildir ki,əlillik pensiyası alır. Yaxında bunu durdurub"əlillik alt sistemində məlumat yoxdur" iddiası ilə saxlanılıb. Ölü xüsusi şərtlərlə pensiya idarəsinə dəvət olunub. Akt yazılıb araşdırma aparılma (araşdırma müddətində pensiyanın saxlanılması cinayətdir) üçün DTSERA ya müraciət olunub. Arxiv sənədlərini tapmaq əvəzinə "ÖLÜDƏN" SPRAVKALAR TƏLƏB OLUNUB. "Ölü" əlində olan hərbi həkim komissiyasının şəhadətnaməsini və 2000 ci ildə aldığı əlillik arayışını təqdim edərək "dirilərdən" qalan sənədləri arxivdən tələb etməyi xahiş edib. Arxiv də "ölünün" təqdim etdiyi sənədləri yenidən DTSERA-YA TƏQDİM EDƏRƏK BİLDİRİB Kİ BUNDAN BAŞQA SƏNƏD YOXDUR. Yəni bu "ölü" 26 ildir yoxa çıxsa da müntəzəm əlillik pensiyasını almışdır. İnsibati icra haqda qanunun Maddə 67 ə görə əyər "ölü"qanunsuz olaraq pensiya alırsa bu zaman 1 il müddətində cavabdeh orqan onun pensiyasını dayandıra bilər. Bu müddəty keçdikdə heç bir iddia ortada olan aktı inkar edə blməz.
Bundan əlavə "PENSİYA MÜLKİYYƏT HÜQUQDUR" və heç bir orqan məhkəmə qərarı olmadan bu hüququ kəsə bilməz. Bu yəm daxili qanunlara və həm də Beynəlxalq qanunlara görə ciddi CİNAYƏTDİR. Yəni səlahiyyətləri aşmaq və səlahiyyəti artıraraq qanunu tapdamaq.
İndi "ölü " ya itgin düşən ƏSMN və DSMF dan tələb edir: ƏYƏR ÖLÜYƏMSƏ MƏNƏ ÖLÜM HAQDA ŞƏHADƏTNAMƏ VERİN, YOX İTGİN DÜŞMÜŞƏMSƏ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciət edərək məni qeydiyyata salın.
Bir daha xəbərdarlıq erdirəm,başqa qanundan xəbərsiz vətəndaşların başına hördüyünüz torbadan mənim başımın ölçüsünə hörə bilməyəcəksiniz. Beynəlxalq insan hüquqları komiotələrinə və KİV lərə bu haqda məlumat verərək,sizlərin ciddi cəzalanmasına nail olacağam.
Baxıram Ölkə başçısına onsuz da etinazsızsınız!




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az