Elitalar və İdeologiya

Elitalar və İdeologiya

Zamin Axundov

Fundamental demokratiya geosiyasi vəziyyət sekuliarizm və din

 Demokratiyanın qlobal sistemdə iki dayaq nöqtəsi var. Şərq və Qərb dayaq nöqtəsi kimi. Eyni zamanda adlarını çəkdiyimiz hər iki tərəf, tarixi doqmalarla hərəkət edir və onlar hazırda ideoloji blok kimi xarakterizə edilir. Transmonarixial sturukturlarda möhkəmlənmiş strateji təyinatlı kontur kalonlar - hazırda onların daxilində müxtəlif təyinatlı dövlətlər mövcudur və bu dövlət sübyektləri beynəlxalq siyasi münasibətlər sisteminin xarakteri nəzərə alındıqda əbədi müttəfiqdir - tərfindən koordinasiya edilən demokratik doqma və onun intellektual rəqibi kimi özünü ifadə edən kontur alyans məsələn: transdemokratik və transavroatlantik institutların strateji proqramlarına daxil olmuş müəyyən mənada daxil edilmiş, yaxudda bu istiqamətə davamlı cəhdlər edən lokal həm də nisbətən dağınıq cografi arealda, demokratik koalisiyalarda təşəkkül tapmış, bununlada özlərinin ənənəvi qanunlarına tabe olan və ya tamamilə həm də onu xarici aləmlə münasibətdə inkar edən, nəhayət iki mühüm astpekdə öz mövcudlugunu dərin fəlsəfi qanunlarla izah etməyə çalışan praqmatik qütb hazırda bir- birini inkar edir və paralel müstəvidə həm də onlar bir- birinə qarşı amansız mübarizə aparır.

Qərblə - Şərqin toqquşması daha çox ilahi konsepsiyaların disharmoniyası konteksində dərk edilir ki, bu da paralel olaraq tarixi ideoloji fəlsəfələr əsasında baş verir və yaxudda lokal fəlsəfələrin qarşıdurması zamanı katakilizmilər tektonik formada özünü hiss etdirir. Bununlada demokratik ideyalar özünü ifadə edə bilmir. Nəticədə humanist ideyaların transformasiyası, mədəni üstünlük hissi və s, svilizasiyalar arası tarixi dominantlıq mübarizəsi, toqquşmalar anti demokratik həyat qabiliyətli elementlər, ümumi ziddiyyətlərin təşkilində əsas mənbə rolunu oynayır. Fərqli strateji mövqeləri formalaşdıran transideoloji blokların mübarizəsi prinsipallıq kəsb edir. Strateji alyansların maliyyə sturukturu iqtisadi sistemləri və s. imkanları ümumi proseslərin xarakterinə marjinal fon verir. Demək olar ki birincilərdən fərqli olaraq demokratiyaya münasibətdə ikincilər daha praqmatikdir. Geopolitik tendensiyalar lokal ideologiyaları bundan əvvəl inkar edirdisə artıq indi geosiyasətin missiyası ideologiyaları mərkəzləşdirmək məsələsinə görə daha çox əhəmiyyətli olmuşdur. Yəni beynəlxalq münasibətlərdə diplomatik təfəkkürlə özünü ifadə edən geopolitik konsepsiyalar müharibə riskini intellektual məntiqlə idarə edir. Bütün hallarda tərəflərin hər birinin özünə məxsus tarixi doqmaları var və onlar tamamilə haqlıdır. 

Hələlik milli elitanın qarşısında duran əsas vəzifələr cografi siyasi şəraitə uygunlşmaq, bununlada proseslərə təsir etmək və bu konteksdə daxili ideoloji indisturiyaları komplekləşdirmək kodlaşdırmaq, həm də parallel müstəvidə daxili siyasi stabilliyi qorumaq və nəhayət siyasi sistemin xarakterinin təşkili prosesini, məsələn: siyasi və ideoloji elementləri milli maraqlar əsasında konsepsiyalaşdırmaqla intensiv dövlət siyasətini təşkil etməkdən ibarət olmuşdur. Çox mənalı strategiyaları formalaşdırmaq prinsip olaraq çətindir və bütün hallarda bu ideya istiqamətlərin alternativi də yoxdur.

Ancaq bu dəyişən dünyada qlobal xarakterin milli elitalara intensiv inteqrasiyası refleks yaradır və demokratiya tamamilə alternativ xətt kimi qəbul edilir. Prosesdə daha çox prinsipallıq, birincilər tərəfindən fundamental demokratiya qarşı kontr mövqe kimi dəyərləndirilir. Bizim üçün hansısa xəyali təhlilərin ümumi planda əhəmiyyəti o vaxta qədər yoxdur ki, məhz qlobal xarakterlə bir yerdə hərəkət edən sübyektlər daha dinamik və inkişaf etmiş olmayacaq. Düşünmək olar ki, birincinin təsiri nisbətində ikincinin idenik xüsusiyyəti effektiv oldugundan birincinin təsiri böyük görsənmir. Ancaq bu zaman siyasi sistemin xarakteri daha çox qlobal müstəvidə beynəlxalq siyasi münasibətlər sistemində təhlil edilir ki, əslində bunun böyük dərəcədə əhəmiyyəti var.

 Azərbaycan və onun ideoloji sistemi. Həqiqətən belə bir ideoloji sistem mövcuddurmu? 

Kimin nə deməsindən asılı olmayaraq bizim milli təhlükəsizliyimizi və dövlətin fundmental strateji hədəflərini intensiv olaraq təhdid edən, paralel müstəvidə umumi prinsplər əsasında həm geosiyasi prosesləri formlaşdırmaq baxmından həm də milli ideologiyanı mili kimlik konsepsiyası konteksində kodlaşdırmaq məsələləri müstəvisində və s. analizlər onu ifadə edir ki, üfüqdə bizim məntiqi ideologiyamız yoxdur və hazırda mövcud şərtlər daxilində yalnız müəyyən siyasi maraqların ifadəsi kimi düşünülmüş ideoloji paradiqma mövcuddur ki, buda milli təhlükəsizlik məsələsidir. Bu qətiyyətlə belədir. 

Azərbaycanda siyasi sistem və onun məntiqi fəlsəfəsi, Azərbaycançılıq ideologiyası tarixi doqmadır və bu doqmanın konseptuallıgı yoxdur. Tamamilə inkarçı, tamamilə ideoloji fəlsəfi refleks statuslu modern, ancaq qeyri -müəyyən və ümumi planda kontur ideoloji blok kimi özünü ifadə edən mövcud siyasi tezis məntiqi deyildir. Biz burda Azərbaycan Türkünün tarixi ideoloji süperetnos indisturiyasını və yaxudda tarixi ideoloji sistemini müşahidə edə bilmirik. Rus İran meyili elita kalonları tarixi keçmişdə olduğu kimi indi də güclüdür və onların daxildəki güc regional proseslərdə bir başa xarici siyasi sistemlə özünü ifadə edə bilir. 

Hələlik onlar daxildə hazırkı siyasi sistemin müəyyən hissələrində daha çox lokal mövqelərə malikdir və bu qüvvələr kontur bloklar kimi özlərini milli elitaların daxilində gizləyərək həyat qabiliyyətli olmuşdur. Onun üçündür ki, biz etnoideoloji paradiqmaları siyasi sistemimizdən tamamilə söküb ata bilməmişik. Bu tarixi prosesin xarakteri bir çox dəyərləri və bu konteksdə ideoloji fəlsəfi sinfi mübarizəni darmadağın etmişdir. Əgər dövlətin təhlükəsizliyini milli təhlükəsizlik konteksində fokuslaşdırmaqla biz ümumi planda süper etnosu- Türk fenomenini- bu təhlükəsizlik arxitekturasında paradiqma kimi qəbul ediriksə o zaman etnomafiya sübyektlərinin, mütəşəkilliyi etiraf edilməli, məhz sistemin dərin qatlarında məqsədə müvafiq yerlərdə kontur blokun hansı səbəblərdən bu qədər güclü oldugu təhlil edilməlidir. Təəssüf hissi ilə qeyd edilməlidir ki, müasir Azərbaycanın ideoloji sistemində kontur qüvvələrin açıq aşkar üstünlüyü sezilir. Bu etnomafiyadır. Hələlik son vaxtlar Elitanın yalnız müəyyən hissələrində təxminən belə bir ideya mərkəzləşməyə başlamışdır ki Azərbaycançılıq məhfumu milli ideologiya deyil və bu ideya sadəcə siyasi sistemin məntiqi kimi düşünülmüş və ümumi planda mərkəzləşdirilmiş güclü burokratik sistemin təsisi baxmından diplomatik xarakterli ideya olmuşdur ki, hazırda bu ideyanın nəzarəti altında milli kimlik anlayışı tamamilə inkar edilir. 

Beləliklə mən təxminən bir il bundan əvvəl Elitalar və ideologiya konteksində ələ aldığım məqaləni böyük həyacanla bu yazıya əlavə edib dəyərli Türk gəncliyinə ərməğan edirəm. Qoy tarix bizim imkanlarımıza hörmət etsin. Biz bu ölkənin Türk insanı olaraq hələ də məhrumiyyətlər içində yaşayırıq. Ancaq biz həm də çox güclüyük ki, bunu yalnız başqaları müşahidə edə bilir. Nəhayət çox mənalı səbəblərdən ziddiyyəli bir azda qarışıq yazmaq məcburiyyəti hiss edirik. Təxminən şahmat taxtası üzərində ideoloji və siyasi fiqurları deyil onların obrazını, yəni fiqurların konfiqurasiyasını və yaxudda onların missiyasını təhlil etməklə materiala fon vermişik. Hesab edirəm ki, bu cızma qaranı bir il bundan əvvəlki təfəkkürün və yaxudda yazmaq mədəniyyətinin imkanları ilə müqayisə etsəniz bu obyektiv olardı. 

Siyasi sistem böyük bir regionda, məsələn: Türkiyənin Şərq vilayətləri boyu dalğalanan və üzü aşagı istiqamətə dogru irəliləyən buradan da eyni həyacanla Cənubi Azərbaycan sərhədləri boyu sürətlə hərəkət edən ABŞ + AB-nin xüsusi planına daxil olan etnik mərkəzləşməyə münasibətdə loyaldır və hazırkı siyasi sistem kontur idealoji blokun siyasi və strateji proqramlarına xüsusilə məhz bu blokun imkanlarına qeyri- müəyyən səbəblərdən etimad etməklə nisbətən dağınıq ancaq paralel olaraq müəyyən mənada lokal mövqeyini sezdirən hansısa strategiyaya əlavə olunmuş vəziyyətdədir. Sistem etnomafiya konsolidasiyasına nəzarət etməklə və ya bu sübyektlərin hansısa xəyali ideyalarına dözümlülük nümayiş etdirməklə, paralel müstəvidə geosiyasi mərkəzlərlə müəyyən zamanlarda birlikdə Kürd strategiyasına adevkat mövqe nümayiş etdirmir. Bu fövqaladə tarixi yalnışlıgın eyforik dilemasıdır. 

Əgər üç yüz ilə yaxın bir dövr ərzində, Azərbaycan türkləri, dövlət- millət epoxasına kardinal dəyişiklikləri, çox mənalı səbəblərdən dolayı həyata keçirə bilməmişdirsə və ya qeyd edilən çox mənalı səbəblərin əhəmiyyətli dərəcədə çox hissəsi etnosiyasi fraksiyaların, geosiyasi mərkəzlərlə ezoterik əlaqələrinə görə bu cür olmuşdursa, deməli biz milli təhlükəsizlik arxitekturasında mövcud olan qeyri -müəyyən hissələri və yaxudda bu kimi qeyri- müəyyən hissələrin tarixi keçmişdəki fəaliyyətini yenidən təftiş etməliyik. Etnosiyasi fraksiyalar, geosiyasi mərkəzlərlə əlaqəli şəkildə, dövlət institutları fonunda milli ideologiyaya qarşı məqsəd yönlü şəkildə mübarizə aparır. 

Müasir Azərbaycanda, dövlətçilik institutu, tarixi proseslərə, geniş planda ideoloji epoxaya, reform xarakterli kardinal dəyişikliklər etmişdir və bununla da, fövqəladə güclü əsaslarla özünü ifadə edən, dövlət institutu siyasi sistemin təsisisini 20 ildir ki, intensiv olaraq sistemli formada həyata keçirir. 

Ancaq necə? Nəhayət müasir Azərbaycanın siyasi elitası çox mənalı şəkildə hadisələrin və proseslərin ekvivalenti kimidir.

Onun üçündür ki, siyasi elita daha çox dövrün xüsusiyyətləri ətrafında öz mövcudluğunu ideoloji müxtəlifliklərlə konpensasiya edir. Yuxarıda qeyd etdiyimiz eyforik dilemanı indi başqa cür səsləndiririk. Alternativin dileması kimi! 

Ümumi təhlil Geosiyasi mərkəzlərlə ideoloji mübarizədə, iqtisadi rayonların dinamik inkişafı, eyni zamanda Cənubi Qafqazda iqtisadi dominantlıq respublikanın xarici siyasətində epoxaya qayıdışı stimulaşdırmaqdadır. İqtisadi rayonlarda üstünlük əldə edən Azərbaycan türklərinin ideologiya institutu formalaşma dövrünün birinci mərhələsini başa çatdırmaqdadır. Artıq geosiyasi nəzəriyyələrin daxilində ideologiya sistemli şəkildə proseslər yaradır. Milli ideologiya sürətlə, ezoterik metodlarla, geniş cografi ərazidə dalgalanmaqdadır. Etiraf edilməlidir ki, bu tarixi prosesi, Azərbaycanın gənc siyasi elitası təşkil etmişdir. Elita daxilində mövcud olan intelektual hissələr hakimiyyəti və siyasi müxalifəti mərkəzləşdirir. Deməli hakimiyyət müxalifəti müaxlifət isə hakimiyyəti mili maraqlar konteksində intellektual elitanın hakimiyyəti altında davamlı olaraq stimullaşdırır. İntelektual elita monolitdir və bu gənc respublikanın tarixi şərait baxmından həddindən çox şanslı oldugunu izah edir. 

Geniş planda milli ideologiya, məhz tarixi şərait baxmından, üzərinə həddindən çox böyük məsuliyyət, həddindən çox romantik öhdəlik götürmüşdür və hələ də siyasi elitanın müxtəlif hissələrində belə bir fikir mövcuddur ki, müasir Azərbaycan dövləti, tarixi milli ideologiyanın, mirasından və yaxuda bu böyük mirasın müəyyən hissəsindən imtina etməlidir. Xüsusilə, Cənubi Azərbaycanın siyasi müstəqiliyi və tarixi millət- dövlət epoxasına kardinal dəyişiklik məsələləri siyasi elitada dalgalanmalar yaradır. Dogrudur siyasi elitada Cənubi Azərbaycanın gələcək siyasi taleyinə münasibət, hər halda geosiyasi vəziyyət və qlobal siyasi proseslər nəzərə alınmaqla aydın deyildir və bu istiqamətlərdə qeyri müəyyənliklər davam edir.

Tarixçi, ideoloji müxalifət hakimiyyəti daha dogrusu dövlət institutunu ideoloji konteksdə tez- tez tənqid edir və onların əsasən arqumenti təxminən belədir ki, xalq cumhuriyyətinin dəyərlərini hökümət spekuliativ təsirlərə məruz qoymuşdur ki, hazırda da bütün bunların fonunda ideoloji müxtəlifliklərin əasası qoyulmuşdur. Bütün hallarda dövlət institutu ideoloji müxtəlifliklər konteksində bu cür intelektual cəpələşməni qətiyyətlə inkar etməlidir. Məmməd Əmin Rəsulzadənin tarixi hadisələrə münasibətini Heydər Əliyev milli siyasət konteksində ələ almış, ideologiyanın romantik hissələrinə, intelektual elementləri və geosiyasi nəzəriyyəni güclü şəkildə əlavə etmiş, bununlada dövlət institutunun müxtəlif hissələrində, həm də çox açıq şəkildə xalq cümhuriyyətinin ideyaları dəstəklənmişdir. Sadəcə həmin dövrdən fərqli olaraq müasir dövrdə dövlət institutunun təşkili prosesi Heydər Əliyevin milli siyasət strategiyası konteksində konsepsiyalaşdırılmışdır. Həqiqətən milli ideologiya intelektual konsepsiyalarla həyata keçirilir və bu birləşdirici proses dövlətin məxfi strateji konsepsiyasına daxildir. 

Heydər Əliyev siyasi elitanın konkret istiqamətə dogru hərəkətini məhdudlaşdırmış və milli dövlətçilik ideologiyasının qarşısında duran primitiv ideoloji konsepsiyaları, intelektual məntiqlə idarə etmişdir. Azərbayacançılıq ideyası ola bilsin ki, tarixi şərait baxmından milli özünə məxsusluğu müəyyən mənada izah edən məxfi konsepsiya kimi dərk edilmişdir. Ancaq bu konsepsiyanın xarakteri və ideoloji həyat qabiliyyətliliyi yalnız müəyyən tarixi şərait üçün məqbul hesab edilməlidir və nəhayət onun ömrü 20 ildən artıq bir zaman üçün həyat qabiliyyətli olmamalıdır. Digər tərəfdən Fars mərkəzi düşüncə sistemi, Tehran mərkəzli dövlət salieti intelektual elementlərlə silahlanmış Azərbaycançılıq tezisiin yaratdıgı ideoloji dalganın siyasi xarakterində, imper dövlət- millət epoxasına qayıdışı müşahidə etmişdir ki, həqiqətən müəyyən mənada Azərbaycançılıq özünə məxsus tarixi varisin ifadəsidir. Nəhayət İslam dövləti bu böyük prosesin qarşısında acizlik hiss etməli idi ki, müəyyən mənada biz burda Azərbaycançılıq ideyasının vakkumunu müşahidə edə bilirik. 

Ezoterik xarakterli bu konsepsiya geniş cografi mərkəzdə milli siyasi elementləri sistemli şəkildə hərəkətə gətirmişdir. Hər halda siyasi müxalifət elə buna görə uzun müddət hakimiyyətə gəlməməlidir. 

Ancaq uzun müddət ! Çünki siyasi elitanın bu hissəsində milli dövlətçilik institutuna romantik yanaşanlar mövcudur. Heydər Əliyev fenomeni, təkcə qeyd olunan ideoloji siyasi elementlərin təşkilinə görə xüsusi hörmətə layiqdir. Ancaq biz hələdə daxili siyasi vasitələri, ideoloji müxtəliflikləri, siyasi sistemin xarakteri ilə konpensasiya edirik. Daxildə mövcud olan qeyri-müəyyən hissələr, həyacanla ora bura vurnuxur və hələ də yuxarıda qeyd edildiyi kimi etnosiyasi fraksiyalar gücün vakumunu müəyyən istiqamətlərə nəzarət etmək və yeni idealoji xəyali cografi sərhədlərə nəzarət etmək istəyini animist kanalarla həyta keçirdir. Dövlət institutu bu arzuları nədənsə müşahidə edə bilmir. Həqiqətən etnosiyasi fraksiyalar öz məntiqi düzlüşünə görə intelektualdır. Ancaq onların xarakteri sistemli ideoloji motivasiyaya meyilli deyildir. Onların xarakteri maliyə imkanlarına görə dəyişkəndir. 

Bizi düşündürən bir çox siyasi proseslər, elitanı müxtəlif formalara salan tarixi hadisələr, geniş planda həm mövcud siyasi münasibətlər sistemini ziddiyətlər üzərində formalaşdırır digər tərəfdən paralel müstəvidə hakimiyyət ugrunda mübarizədə məhz tarixi hadisələr sistemin idenikliyini şübhə altına alır. İmper dövlət- millət epoxasına kardinal yanaşmalar, geosiyasi areala ideoloji konteksdə intensiv yayılma və s. meyillər siyasi baxışlarımızdan daha çox məhz siyasi sistemimizə güclü şəkildə təsir edir və hətta dövlət institutunun müəyyən hissələrində özlərinə yer etmiş etnomafiya sübyekti həyat qabiliyyətliliyini hiss etdirir. Bu prosesin mürrəkəb tərəfi ondan ibarətdir ki, bizim gənc elita geosiyasi proseslərə özünün kövrək arzularını çox qorxaq şəkildə əlavə edir və bu zaman o həmdə daxildə siyasi sistemin xarakterinə milli idealoji konsepsiyanı əlavə edə bilməmişdir. Siyasi sistemin müxtəlif hissələrində reallıq hissini itirmiş romantik fraksiyalar strateji dövlətçilik konsepsiyasını təşkil etmək baxmındn çox zəifdir. Məhz bunun üçündür ki, bizim siyasi sistemdə müxtəlif təyinatlı kontur qüvvələr milli qüvvələri, idenik qurupları öz orbitinə çəkərək spekulyativ proseslərə əlavə edə bilir. Bizim siyasi elita hazırda öz xarakterini, həyat qabiliyətliliyini etnomafiya konsolidasiyasaına daxil olan franksiyaların siyasi həyatdakı davranışlarına görə formlaşdırmaqdadır. Həqiqətən etnik fraksiyalar geosiyasi fantasmaqoriyaların ekvivalenti kimidir. Bu oliaqrax etnomafiya sübyektləri siyasi həyatı sistemləşdirərkən marjinal ruhunu geosiyasi vəziyyətin xarakteri ilə konpensasiya edir.

Deməli siyasi xarakterli ideologiyanı, ideoloji xarakterli siyasi prosesə əlavə edən və bununlada milli ideologiyanı romantik xarakterlə əvəzləyən fenomen zamanın ruhudur. Etiraf edilməlidir ki, postbürokratiya öz xarakterinə meditasiyon demokratiyanı əlavə edərkən dövlətin fundamental siyasi maraqlarını qətiyyətlə postidelogiyanın üstündə tutmuşdur. Bununlada yeni siyasi güc tarixi şəraitin qurbanı oldu. Siyasi sistem bundan sonra ölkə həyatında ideoloji müxtəlifliklərlə hansı əsaslarla nəzarət etməlidir sualı qarşısında qalmışdır. Klassik Azərbaycançılıgın türkçülüklə disharmoniyası ümumi siyasi həyatımızda uzun müddətli ideoloji müxtəlifliyin əsasını qoydu. Ancaq heç kim inkar etmir ki, hazırkı şəraitdə Türkçülük ideoloji vakumdur. Milli kimlik anlayışı rəsmi ideologiyadan daha qətiyyətlidir ki, hazırda o özünü prinsipiallıqla ifadə edir. Bu belədir. Daha açıq desək geosiyasi forpostun ruhu birdəfəlik söndürülmüşdür. Postbürokratiya burokratiyanı və bütün hakimiyyətin imkanalarını fokuslaşdırır, bəzəndə tarixi keçmişin siyasi varisi kimi özünü ifadə edir. Deməli həqiqətən çoxmənalı hadisələr xüsusiyyətləri həm inkara zorlayır, həm də yeni siyasi ideoloji xüsusiyyətlərin dövlət institutunda dəstəklənməsinin zəruri oldugunu siyasi institutlara empozə edir. Bu tarixi ideoloji prosesdən daha çox tarixi siyasi prosesdir. İstənilən halda millətin taleyini, geniş planda məhz həmin millətin mütəfəkkirləri, dövlət xadimləri, intelektual şəxsiyyətləri müəyyən edir. Bu zaman ya xalqın fundamental maraqları önə çəkilir, dövlətin təşkili prosesində milli marqlar toplumun istək və arzuları konteksində indeksləşdirilir, ya da tamamilə əksinə feodal düşüncə sistemi tək hakimiyyətçilik və s. idarə etmə sistemləri, konstitutsiyon aktlarla indeksləşdirilir. Bu tip proseslər əslində bütün dövrlərdə oldugu kimi mürrəkəb ideoloji siyasi proseslərlə əhatəli şəkildə həyta keçirilmişdir. Bir çox ölkələrdə intelektual mərkəzçi qüvvələrin sürətlə eyni istiqamətə hərəkəti, məhz həmin ölkələrin cəmiyyətlərində ideoloji müxtəlifliklərin əsasını qoymuş və bu kimi proseslərin uzun müddətli dövr ərzində baş verməsi, başqa tərəfdən sinfi antoqonizmin intelektual formasını təşkil etmişdir. Bəzən siyasi elitalar dövrünün xüsusiyyətləri ilə tarixi keçmişin romantik ideologiyaları arasında seçim etmək məcburiyyəti hiss edərkən güclü qeyri-müəyyənliklərlə üz- üzə qalmışdır. Biz müasir dövrün xüsusiyyətlərini, indiki dünyanın şərtlərini və bir çox digər fundamental hüquqları, vərdişləri təəssüf ki hələ də praqmatik zəka ilə dərk edə bilmirik. Bununlada yeni ideoloji dalagalanmalar daxilidə siyasi vasitələrin imkanlarını məhdudlaşdırır və yaxudda tamamilə əksinə mövcud vəziyyəti dəyişmək istəyən və bu istiqamətdə iradəsini ortya qoyan tərəflər qeyri-müəyyən siyasi həyatı təsis edirlər. Hər halda bizim dövrün xüsusiyyətləri milli maraqları müxtəlif formalara salır ki, nəticədə məsələlərin bu konteksində ələ alınmasına zərurət yaranır. Belə vəziyyətlərdə intelektual fraksiyaların tale yüklü məsələlərə münasibəti, məntiqlə çox mənalı olmalıdır. Elə buna görə də gənc respublikanın siyasi həyatında müxtəlif mövqelər, müxtəlif xarakterlərlə konpensasiya edilir. Məhz bunun üçündür ki, bizim kimi ölkələrdə siyasi hakimiyyətlər və yaxudda hakimiyyət ugurunda mübarizə aparan siyasi institutlar bir qayda olaraq siyasi proseslərin son məqsədini hakimiyyətçilik fəlsəfəsində görür. Bütün hallarda müasir Azərbaycan dövlətçiliyini təhdid edən bir sıra amillər var ki, bu amillər bir- biri ilə əlaqəli şəkildə kombinasiyaya meyilidir. Bu amillərin böyük dərəcəli əhəmiyyətli hissəsi daxili siyasi səbəblərin yaratdığı amillər kimi təhlil edilməlidir. İdeologiyasız cəmiyyətlərdə elitalar çox mənalı səbəblərə görə geosiyasi mərkəzlərdən asılı olmuşdur. İdeologiyasızlıq dövlət- millət konteksində həyata keçirilən əhəmiyyətli işləri davamlı olaraq korroziyaya ugratmışdır. Təcrübə göstərir ki, ideologiya tarixini və ya tarixin ideologiyasını davamlı, müxtəlif metodlarla imutetləşdirən və dövrün xüsusiyyətlərini ideologiya ilə fokuslaşdıran cəmiyyətlər digər toplumlardan fərqli olaraq sürətlə, sistematik dövlət quruculugu prosesini həyata keçirə bilmişdir. Digər cəmiyyətlərdən fərqli olaraq ideoloji cəmiyyətlər həm də intelektual imkanlarını daha çox inkişaf etdirmişdir. Məsələn, güclü, mütəşəkil və çevik xarakterli ideoloji struktura malik olan kiçik, ancaq öz strateji hədəflərinə görə təcrübəli dövlətlərin siyasi elitaları bir qayda olaraq ona təsir edən geosiyasi mərkəzi digər geosiyasi mərkəzin və ya mərkəzlərin gücü ilə şantaj etmiş və bununlada bu tip dövlətlərin elitaları təkcə siyasi müstəqiliklərini deyil, geniş planda həm də geosiyasi proseslərin formalaşmasında müəyyən məqamlarda iştirak etmişdir. Mən bunu onun üçün qeyd etdim ki, hazırda bizim xarici siyasət kursumuz oxşar geosiyasi vərdişləri mənisəmiş vəziyyətdədir. Bunun yeganə səbəbi həm də güclü məntiqi səbəbi daxili siyasi vasitələrin və yaxuda siyasi hakimiyyət arzularının nəticələri ilə baglı olan səbəblər kimidir. Hazırda ideologiyasızlıq və yaxuda qeyri-müəyyən tezisləri fokuslaşdıran siyasi sistem ideoloji xarakterini səmimiyyətlə ifadə edir. Cəmiyyət hissələrdən, dövlət isə bu tip hissəllərin cəmindən təşkil edilmiş, konsepsiyalaşdırılmış ideoloji elementlərin nəzarət mexanizmini həyata keçirən siyasi gücdən ibarətdir. Hər halda dövlət- millət epoxasının xüsusiyyətlərini izah edən tezislər müxtəlif dövrlərdə müxtəlif cür fəlsəfi janrlarla fokuslaşdırılmışdır. Etiraf edilməlidir ki, siyasi sistem özünün ideoloji ekvivalentini mürrəkəb geosiyasi rayonlarda, xüsusilə geosiyasi mərkəzlərlə müvafiq münasibətlər konteksində təşkil edə bilməmişdir. Bu bizə onu izah edir ki, bizim siyasi sistem uzun bir dövr ərzində geopolitik mövqeyini, daha öncə ideologiyalara münasibətini, bundan sonrakı dövrlərdə etnosun mili ruhu konteksində hələ də müəyyənləşdirməmişdir. Siyasi hakimiyyət geosiyasi elementlərin xarakterinə özünün fundamental ezoterik xüsusiyyətlərini pərçəm edə bilməmişdir və ya başqa tərəfdən təhlükəsizlik arxitekturasında mövcud olan və bizi intensiv təhdid edən geosiyasi imperativləri, bununla paralel hakimiyyət daxilində mövcud olan qeyri-müəyyən oliqarx franksiyaları, hissələri nəzarətdə saxlamaq üçün keçmişdə oldugu kimi indidə ürək açan ciddi proqrama malik deyildir. Siyasi sistem geosiyasi mərkəzlərlə mübarizədə dövlətin ideoloji sistemini və ya bu konteksdə ideologiyanın prinisipal xarakterini milli təhlükəsizlik strategiyasına əlavə edərkən epoxaya kardinal dəyişiklik məsələlərini unutmuş, xarici siyasi vasitələri hansı cografi rayonlarda sürətlə mərkəzləşdirmək lazımdır sualını özü üçün müəyyən etməmişdir. Deməli geosiyasi mərkəzlər daxili siyasi vasitələrin müəyyən hissələrinə etnik minaları yerləşdirə bilmişdir. Digər tərəfdən bu imper arzuların daxili siyasi vasitələrə diplomatik çıxışıdır. Nəhayət siyasi sistem milli iftixar hissini ifadə edən konsepsiyanı millətləşmə konteksində konsepsiyalaşdırmamışdırsa bu sadəcə tarixi şərait baxmından qəbul edilməzdir. Ümumiyyətlə elitalar ideologiyasız olmur və etiraf edilməlidir ki, geniş planda elitalar ideologiyaların ekvivalenti kimidir. Hazırda elitanın hüquq yaratma xüsusiyyəti və intelektual obrazı siyasi institutları çox mənalı şəkildə, həm də məqsədə müvafiq yerlərdə müəyyən olunmuş qaydalara uygun olaraq və ya tamamilə bu qaydalardan kənarda, məntiqlə bundan sonura ya mərkəzləşdirməlidir, ya da siyasi sistemin təsirlərindən kənarada qalmaq arzusunu gizlətməyən kont qüvvələr bu prosesin tərkib hissəsi olmayacaqdır. Biz həm də etiraf etməliyik ki, siyasi sistemi milli maraqlar konteksində fokuslaşdırmaq, konsepsiyalaşdırmaq məsələlərində bütün siyasi institutları ilahi koonsepsiyaların təsirindən kənarda saxalaya bilməmişik. Hazırda respublikanın siyasi həyatında idealoji müxtəliflik ilahi konsepsiyaların koordinasiyalı fəaliyyətinə geniş imkanlar yaratmışdır. Teologiyanın fundamental siyasi obrazını fokuslaşdırmaq istəyən qüvvələri üfüqdə görmək lazımdır. Bu qeyri-müəyyən ideologiya, yəni siyasi İslam ilahi konsepsiyanın animist ezoterik bloku kimidir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az