Əliyev-Paşinyan görüşü Brüsseldə ola bilər

Əliyev-Paşinyan görüşü Brüsseldə ola bilər

Oktyabrın sonunda Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü ola bilər. 

İlham Əliyev və Nikol Paşinyana müvafiq dəvəti oktyabrın 6-da Qranadada Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel səsləndirib.

Avropa İttifaqı Şurasındakı mənbələrə görə, İlham Əliyev və Nikol Paşinyan Şarl Mişelin iştirakı ilə üçtərəfli görüşdə iştirak dəvətini qəbul ediblər.

Rəsmi Bakı qarşıdakı görüş barədə məlumat verməyib. 

Qeyri-rəsmi məlumatlara görə, görüş oktyabrın 25-də ola bilər.

İlham Əliyev Qranadada Fransa prezidenti, Almaniya kansleri, Avropa İttifaqı Şurasının prezidenti və Ermənistan baş nazirinin iştirakı ilə görüşə getməkdən imtina edib.

Bakı imtinanı Türkiyə prezidenti Ərdoğanın görüşə dəvət olunmaması ilə əlaqələndirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az