Elşad Abdullayev və Avropanın marağı

Elşad Abdullayev və Avropanın marağı

Hazırda Azərbaycanda ictimai-siyasi vəziyyət bizim üçün kifayət qədər sabit olsa da, amma digər Cənubi Qafqaz ölkələrində, xüsusilə də Ermənistanda vəziyyət qeyri-stabil olaraq qalır. Ermənistanda seçkilər yaxınlaşdıqca, prezident Serj Sarkisyanın qeyri-obyektiv və populis çıxışları müəyyən gərginlik yarada bilər.  ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan ABŞ-ın atdığı son addım da bu regionda gərginliyi daha da artıra bilər. Çünki ABŞ “Cekson-Venik” sənədini Rusiya və Moldova üçün ləğv etsə də, amma Azərbaycan üçün hələ də “907-ci düzəliş”i ləğv etməyib. Bu isə o deməkdir ki, ABŞ Azərbaycana yenə də ikili standartlarla yanaşma siyasətini davam etdirir. İndi Azərbaycan cəmiyyətini qarışdırmağa yönəlmiş xüsusi taktika da mövcuddur. Bu taktikalardan biri də Azərbaycan təhsilinin “qara yarası” olan fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı video ilə bağlıdır. Əslində bu videonun yayılmasının özü bir cinayət hesab olunur. Elşad Abdullayevin yaydığı video ilə bağlı məsələləri mütəmadi olaraq gündəmə gətirmək düzgün deyil. Çünki bu cür addımlar Azərbaycanda sabitliyin pozulmasına xidmət edir. Bunu dərk etmək lazımdır ki, Elşad Abdullayevin ipi ilə çox uzağa getmək mümkün olmayacaq. Tövsiyyə olunur ki, Azərbaycan mediası bu məsələni gündəmə gətirməməlidir. Çünki burada “qazanan” tərəf yalnız Elşad Abdullayevdir ki, o da bu məsələdən president kimi sui-istifadə edir. Əslində Elşad Abdullayevi Rusiya və ABŞ-da əyləşən bir sıra qüvvələr danışdırırlar. Məqsəd odur ki, Azərbaycan iqtidarı ən azı iki qrupa parçalansın. Bu, bilavasitə ABŞ və digər xarici dövlətlərin yürütdüyü siyasətdir. Həmin dövlətlər bununla Azərbaycanda xaos yaratmaq istəyirlər. Təsadüfi deyil ki, bu yaxınlarda ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqistar müxalifətlə görüş keçirdi və həmin görüşdən sonra Elşad Abdullayev məsələsi daha çox gündəmə gətirilməyə başladı. Elşad Abdullayevi danışdıran qüvvələrin hazırda xaricdə olması və E.Abdullayevdən sui-istifadə edərək öz məqsədləri naminə Azərbaycan daxilində qarşıdurmanı daha da artırmaq istəkləri heç kimə sirr deyil.  Çox təəssüf ki, bu oyuna gedənlərin arasında Azərbaycan iqtidarının imkanlarından yararlanan bəzi siyasi partiyalar da var. Həmin partiya(lar) və şəxslər hazırda Elşad Abdullayevi danışdırırlar, onun Fransada köməkçisi olan Elnur Məcidlini maliyələşdirirlər. Təkrar qeyd edirəm ki, burada əsas məqsəd qarşıdan gələn prezident seçkiləri ərəfəsində Azərbaycanda müəyyən qarşıdurma və xaos yaratmaqdır. Amma bu mümkün olmayacaq. Çünki bu, “stəkanda müvəqqəti fırtına effekti” verəcək və müyyən vaxtdan sonra gündəmdən düşəcək. Hazırda bəzi qüvvələr tərəfindən bütövlükdə Cənubi Qafqaz regionunda qlobal qarşıdurmaların baş verməsinə də çalışılır. İndi əsasən ABŞ çalışır ki, bölgədə Azərbaycan-İran qarşıdurması reallaşsın və sairə. Məhz bu məqsədlə də tez-tez İsrail və ABŞ mediasında Azərbaycan-İran münasibətlərinin korlanmasına hesablanan yalnış məlumatlar yayımlanır. Təbii ki, bundan da İsrail və ABŞ tərəfləri yararlanmağa çalışmaq istəyirlər. Bütün bunların fonunda bütövlükdə Azərbaycanda siyasi və iqtisadi maraqları olan ABŞ və Rusiya Qafqaz maraqlarının kəsişdiyi nöqtə və “siyasi poliqon” kimi çıxış edirlər. Çox təəssüf ki, bu vəziyyətdə Azərbaycan dövlətinin və millətinin maraqlarına xidmət etməyən bəzi yerli qüvvələr də ortaya çıxırlar. Həmin qüvvələr bu prosesə əlində vasitə kimi xaricdən Azərbaycan hakimiyyətə hərislik göstərən bəzi şəxsləri də cəlb edə biliblər.
                                                                                                                                                                                                           

Vətəninfo.az Analtik Mərkəzi



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az