Ərdoğan hökuməti terrorçuları Türkiyə sərhədindən uzaqlaşdırmaqda qərarlıdır

Ərdoğan hökuməti terrorçuları Türkiyə sərhədindən uzaqlaşdırmaqda qərarlıdır
Türkiyə Hərbi Hava Qüvvələri bu gecə PKK terrorçularına qarşı bu günə qədər ən böyük hesab edilən əməliyyatlara start verib.

Vətəninfo.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Kandil başda olmaqla PKK-nın Türkiyə sərhədlərinə yaxın bütün düşərgələri bombardman edilib.
Bombardman zamanı əvvəlcədən müəyyən edilən hədəflər vurulur. Lazerlər idarə olunan raketlərlə PKK terrorçuların sığındığı ərazilər, düşərgələr və silah anbarlarına zərbələr endirilir.

Türkiyə Hərbi Hava Qüvvələrinin 5 gündür ki, keçirdiyi əməliyyatlarla yanaşı PKK terrorçuları da dinc dayanmır. Onlar Türkiyənin müxtəlif bölgələrində hücumlar həyata keçirirlər. Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən terror aktından bu günə qədər terrorçular 7 polis və hərbçini qətlə yetirib.


PKK terrorçularının düşərgələrindən biri
Türkiyə Silahlı Qüvvələri Şimali İraqda PKK terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatların görüntülərini yayıb. Yayılan görüntülərdə PKK silahlıları tərəfindən istifadə edilən anbarlardan birinin partladılması anı da yer alıb.
Anbar vurulan kimi güclü silsilə partlayış baş verib. Bu isə onu deməyə əsas verir ki, terrorçular anbarda silah-sursat, daha doğrusu partlayıcı maddələr saxlayırmışlar.

PKK terrorçularının mövqeləri belə bombalandı

Bir neçə gün əvvəl Türkiyə PKK və İŞİD terrorçuları ilə əlaqədar NATO-nun fövqəladə iclasını çağırmışdı. NATO-nun Brüsseldə keçirdiyi fövqəladə iclasdan sonra açıqladığı bəyanatda Türkiyəyə dəstək verilib. Bəyanatda Alyansın təhlükəsizliyinin bölünməz olduğu deyilir və Türkiyə ilə güclü həmrəylik vurğulanır.

Ərdoğan hökuməti terrorçuları Türkiyə sərhədindən uzaqlaşdırmaqda qərarlıdır
Hərbi əməliyyatlar fonunda ölkənin müxtəlif bölgələrində hökumətə qarşı baş qaldıran etirazlar da səngimək bilmir.
Hakkari vilayətində keçirilən etiraz aksiyasına polis müdaxilə edib. Fəallar daş və yanıcı maddələrlə polisə hücum ediblər. Polis isə gözyaşardıcı qazla aksiyanı dağıtmağa çalışıb.
Bingöldə isə polis məntəqəsi silahlıların hücumuna məruz qalıb. Naməlum şəxslər iriçaplı silahlarla polis məntəqəsinə atəş açıblar. Polis dərhal silahlılara qarşı əməliyyatlar keçirib.
Tuncelidə bir qrup silahlı şəxs yol kəsərək saxladıqları avtomobillərə od vurublar. Azı 3 avtomobil yandırıldıqdan sonra polis bölgəyə müdaxilə edib. Silahlılar qaçaraq meşəlikdə gözdən itiblər.
Hökumətin paralel olaraq İŞİD silahlılarına qarşı əməliyyatları da davam edir. Elazığ və İğdır vilayətlərində İŞİD şəbəkəsinə qoşulmaq üçün könüllü toplayan 11 nəfər həbs edilib.Qaziantep vilayəti istiqamətindən Suriya ilə sərhəd bölgələrdə İŞİD silahlılarının səngər qazma fəaliyyəti müşahidə olunub. Silahlılar artıq bir neçə gündür ki, bu cür fəaliyyətlərini davam etdirirlər.
 
 
 
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az