Ərdoğan: "İstanbul mitinqində Azərbaycan bayrağı dalğalana bilər"

Ərdoğan:
Avqustun 7-də İstanbulda keçirilməsi planlaşdırılan mitinqdə Azərbaycan bayrağı da dalğalana bilər.

"Report" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün iş adamları ilə görüşündə bildirib.

Onun sözlərinə görə, bu həftənin bazar günü Yenikapıda mitinq keçiriləcək: "Tədbirə bütün partiyalar qatıla bilər, yəni siyasi təşkilatlar arasında ayrı-seçkilik olmayacaq. Mən milli birliyimizin göstəricisi olması üçün mesajlarımızı birlikdə verməyimizi istədim. Eyni zamanda, demokratiya və şəhidlər mitinqi olduğundan aksiyaya Türkiyə bayrağından başqa bir bayraq gətirilməməsini istədim. Yəni tədbirdə bayrağımızdan kənar partiya, həmkarlar təşkilatları və s. heç bir bayrağın olmasını istəmirik. Ancaq Şimali Kipr Türk Respublikası və Azərbaycan bayrağı dalğalana bilər".

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az