Ərdoğan-Putin razılaşması: Azərbaycanın “qalxanı” güclənir

Ərdoğan-Putin razılaşması: Azərbaycanın “qalxanı” güclənir


Ərdoğan-Putin görüşü və müzakirə edilən məsələlər Türkiyənin geosiyasi oyunçu kimi əhəmiyyətini önə çıxarır:

- Ankara "taxıl anlaşması”nın davam etməsinə çalışır, bunun üçün Moskvanın şərtləri, Qərb ölkələrinin ehtiyacı var, razılaşma olarsa – ehtimal az deyil, ruslar qazandığı kimi, Türkiyənin həlledici rolu da artacaq var (bu anlaşma üzərindən Rusiyaya qarşı müəyyən geosiyasi yumşalmaların edilməsini istəyən tərəflərin marağı da xüsusi xətlə seçilir);
- Türkiyədə "qaz mərkəzi”nin yaradılmasına nail olunarsa, Rusiya enerji bazarında zəifləyən rolunu artırmaq, Avropaya qaz ehtiyatının ödənilməsinə nail olmaq istiqamətində yeni imkanlar əldə edir: rus qazını Türkiyədən idxal etmək daha asan ola bilər;

Nəticə etibarilə, həm Qərbin, həm Rusiyanın Türkiyəyə ehtiyacı artır. Və bu, Azərbaycanın həm bölgədəki maraqları, həm də hər iki cəbhə qarşısında – Qərb və Rusiya - "güclü qalxanının” olması baxımından vacibdir. Ankara-Moskva münasibətlərinin yaxşı olması da bizim üçün sərfəlidir.

Asif Nərimanlı


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az