Ərdoğan Putinə göndərdiyi məktub barədə-Münasibətlər dəyişir

Ərdoğan Putinə göndərdiyi məktub barədə-Münasibətlər dəyişir

"Türkiyə-Rusiya münasibətlərinin normallaşması hər iki ölkənin xeyrinə olacaq.”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə göndərdiyi məktub barədə açıqlama verib.

Ərdoğan Türkiyə-Rusiya münasibətlərində olan gərginliyi aradan qaldırmaq üçün rəsmi Ankara müvafiq addımlar atıb.

"Rusiya ilə aramızda olan təyyarə böhranının aradan qaldırılması üçün addımlar atdıq. Göndərdiyim məktubda həm baş verən hadisədən təəssüfləndiyimi ifadə etdim, həm də regional iş birliyi imkanlarını xatırlatdım”, - Ərdoğan bildirib.

Türkiyənin dostlarına etibarlı ölkə olduğunu həmişə sübut etdiyini deyən Türkiyə Prezidenii bildirib ki, o, yaxın qonşumuzla olan münasibətləri, xüsusilə strateji sahədə atdığımız addımları inkişaf etdiriləcəyinə inanır./Ans Press/

"Türkiyə-Rusiya münasibətlərinin normallaşması hər iki ölkənin xeyrinə olacaq”, - Ərdoğan deyib.
Ərdoğan iyunun 27-də Putinə məktub göndərib. Kreml bəyan edib ki, Ərdoğan 2014-cü ilin noyabr ayında vurulan Su-24 qırıcısına görə üzr istəyib. Türkiyə Prezident Adminstrasiyası da açıqlama verib. Bildirilib ki, Türkiyə Prezidentinin məktubunda bunlar qeyd olunub:

"Rusiya hərbi təyyarəsinin vurulmasına görə təəssüflənirəm. Həyatını itirən rus pilotun ailəsinə bir daha kədərlərini paylaşdığımı, başsağlığı vermək istədiyimi bildirmək istəyirəm, inciməsinlər."

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az