Ərdoğanı Putinlə İlham Əliyev barışdırıb

Ərdoğanı Putinlə İlham Əliyev barışdırıb

Türkiyə ilə Rusiya arasında münasibətlərin normallaşması üçün Azərbaycanın vasitəçilik etdiyi təsdiqlənib.

Bu barədə Türkiyənin baş naziri Bineli Yıldırım hakim AKP-nin parlamentdəki qrup toplantısındakı çıxışı zamanı bildirib.

"Rusiya məsələsində önəmli irəliləyişlərin olduğunu millətimlə paylaşmaq istəyirəm. Münasibətlərimizdəki geriləməni düzəltmək üçün konstruktiv mövqe sərgilədik. İki lider arasında davam edən dolayısı təmaslar nəhayət cavab tapdı. Türkiyə ilə Rusiya arasındakı buzların əriməsi təmin olundu. Rusiya ilə Türkiyə arasında normallaşma prosesinin başlandığını deyə bilərik. Hər iki ölkə üçün xeyirli olsun. İşlərin bu nöqtəyə gəlməsində bir çoxlarının əməyi var. Xüsusən də qardaşlarımız Qazaxıstan və Azərbaycanın, bölgə ölkələrinin bu məsələdəki gərgin səyləri üçün minnətdarlıq edirik”-baş nazir deyib./Virtualaz.org/

Xəbər verdiyimiz kimi bu günlərdə Türkiyənin "Bir Gün” qəzetində prezident Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə barışmaq üçün Azərbaycan prezidenti İlham Əliyevdən və Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən vasitəçilik xahiş etdiyini yazmışdı. Bu məlumat nə Bakıda, nə Ankarada təkzib edilmədi. Azərbaycan tərəfi Türkiyənin Rusiya ilə münasibətlərinin gərginləşməsindən ciddi narahatlığını lap əvvəldən ifadə edib, prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin normallaşması üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az