Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Xristian dünyasının ruhani lideri Papaya göndərdiyi dəvət məktubu ələ keçib.
Publika.az-ın "Milli Qəzet"ə istinadən verdiyi xəbərə görə, məktub, "Uca şəxsiyyətinizi ölkəmizdə qəbul etməkdən qürur və xoşbəxtlik duyuruq" ifadəsi ilə başlayır.
Kutsiyetpenahları Papa Fransuva,
Ölkəmizi ziyarətiniz üçün uca şəxsiyyətinizə sələfim Hörmətli Abdullah Gül tərəfindən edilən dəvəti Türkiyə Respublikasının yeni Prezidenti olaraq, vəzifəyə başladığım bu günlərdə yeniləməkdən xüsusi bir məmnuniyyət duyuram.
Katolik aləminin ruhani liderliyi vəzifəsini, boynuna götürdüyünüz tarixdən bu yana dünya sülhü və bəşəriyyətin qardaşlığı və dincliyi üçün göstərməkdə olduğunuz qiymətli səylərinizi təqdir edirəm.
İndiki vaxtda fərqli dinlərin mənsubları arasında dialoqa və qarşılıqlı anlayışa hər zamankındən daha çox ehtiyac vardır. Fərqli din və inanclara ev sahibliyi edən, din və vicdan hüriyettinin konstitusiya təminatı altında olduğu Türkiyə, bu məzmunda nümunəvi bir ölkədir. Ölkəmizə edəcəyiniz ziyarət bütün insanlıq üçün ayrı bir əhəmiyyət və məna daşıyacaq. Tarixdə yaşanan anlaşılmazlıqların aradan qaldırılması və gələcəyə ümidlə baxılmasına kömək olacaq, ismarıcların verilməsinə vəsilə olacaq.
Proqramınız baxımından uyğun olduğu təqdirdə 28-30 Noyabr 2014 tarixlərində Uca şəxsiyyəti ölkəmizdə qəbul etməkdən qürur və xoşbəxtlik duyacağımızı bildirmək istəyirəm.

Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib