Erməni əsgərlər bir-birilərini güllələdi -Cəbhədə

Erməni əsgərlər  bir-birilərini güllələdi -Cəbhədə
Erməni hərbi qulluqçu Ermənistan ordusunda hökm sürən özbaşınalıq nəticəsində yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyindən Miq.az-a bildiriblər ki, Ermənistan KİV-in iyulun 23-nə keçən gecə, saat 00:10-da guya Azərbaycan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində erməni hərbi qulluqçusu Mqer Çiloyanın yaralanması barədə yaydığı məlumat həqiqətə uyğun deyil.

Nazirlik bir daha bildirir ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə riayət etməklə cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.

M.Çiloyanın yaralanmasının Ermənistan ordusunda hökm sürən özbaşınalıqlar və nizamnamədən kənar münasibətlər səbəbindən baş verməsi şübhə doğurmur.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az