Erməni KİV: Zəngəzurun bu bölgəsi tamamilə Azərbaycanın nəzarətinə keçəcək – FOTO

Erməni KİV: Zəngəzurun bu bölgəsi tamamilə Azərbaycanın nəzarətinə keçəcək – FOTO

Zəngəzurun Gorus-David Bek yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə veriləcək.

Miq.Az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.

Həmin qəzetin məlumatına görə, ikitərəfli razılığa əsasən, yolun bu hissəsi təxminən üç il Ermənistan və Azərbaycan tərəfindən birgə istismar ediləcək. 3 ildən sonra isə Ermənistan həmin yolu tamamilə Azərbaycanın nəzarətinə verib, yeni çəkilən yoldan istifadə etməyə başlayacaq.

"Hraparak"ın iddiasına görə, bu razılaşma Ermənistanın baş naziri Nikol Paşinyan və Müdafiə nazirinin birbaşa iştirakı ilə əldə edilib.(yeniavaz.com)
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az