“Erməni qoşunları tank əleyhinə mərmilərdən istifadə edib” - Baş Prokurorluq

“Erməni qoşunları tank əleyhinə mərmilərdən istifadə edib” - Baş Prokurorluq
Azərbaycan kəndlərinin erməni qoşunları tərəfindən atəşə tutulan ərazilərinə baxış zamanı tank əleyhinə mərmilərin qəlpələri aşkar edilib.

Miq.az "Trend”ə istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov brifinq zamanı deyib.

O qeyd edib ki, ötən gün qeydə alınan hadisə ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin yeddi maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az