Erməni terrorçuları Qarabağdakı bu ərazidən atəş açdı - FOTO

Erməni terrorçuları Qarabağdakı bu ərazidən atəş açdı - FOTO

Xəbər verdiyimiz kimi, iyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.

Miq.Az xəbər verir ki, araşdırmaçı jurnalist Elçin Alıoğlu insidentin baş verdiyi məkanın fotolarını yayıb.

O bildirib ki, erməni terrorçuların mövqeləri Fərrux yüksəkliyindədir (3200 metr).

Fotoda sarı rənglə rusiyalı sülhməramlıların mövqeləri göstərilib.

Qeyd edək ki, Fərrux həmin arealda strateji önəmli yüksəkliklərdən biridir.
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az