Erməni və Rusiya mətbuatı buna görə dezinformasiya yayır - Politoloq

Erməni və Rusiya mətbuatı buna görə dezinformasiya yayır - Politoloq
Erməni və Rusiya saytları "Azərbaycan atəşkəsi pozaraq Xankəndi istiqamətində atəş açıb” dezinformasiyasını tirajlamaqla məşğuldurlar.

Miq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, Azərbaycanın Qarabağın tamamını nəzarətə götürməsini həzm etmək istəmirlər:

"Yevlaxda ermənilər növbəti kapitulyasiya sənədinə imza atsalar da, içərilərindəki təxribatçıların və onlara dəstək verən xarici mərkəzlərin vəziyyəti gərginləşdirmək istəkləri istisna deyil. Ona görə daxili qoşunlarımızın Xankəndiyə və Qarabağın ermənilər yaşayan digər məntəqələrinə daxil olması mütləq şərtdir, bu məsələləri Rusiya hərbi kontingentinə etibar edə bilmərik. Atəşkəs razılaşmasından bir neçə saat sonra erməni separatçılar Rusiya hərbi kontingentinin nəqliyyat vasitəsinə atəş açıblar və bir neçə hərbçini öldürüblər. Moskvadan səs çıxmadı. Biz öz ərazimizdə həm separatizmlə, həm də onlara açıq və gizli dəstək verən mərkəzlərlə mübarizə aparmaq məcburiyyətindəyik”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az