Ermənilər Xankəndi yaxınlığında yeni su anbarı tikintisindən danışdılar...

Ermənilər Xankəndi yaxınlığında yeni su anbarı tikintisindən danışdılar...
Düşmənin torpaqlarımızdakı quruculuq planlarını yalnız azərbaycanlıların ordu-xalqa çevrilərək  qəti hücuma keçməsi poza bilər...  

Separatçılar son günlər işğal altındakı Xankəndi şəhərində yaranmış kəskin içməli su probleminin həlli yollarını axtarmağa başlayıblar.

Moderator.az xəbər verir ki, ermənicə nəşrlərin yaydığı məlumata görə, keçmiş "baş nazir” hesab edilən, "prezidentliyə namizəd”, "Azad Vətən” "partiyası”nın lideri Araik Arutyunyan bu haqda təkliflə çıxış edib. O, bildirib ki, Xankəndinin daimi içməli su ilə təmin olunmasına nail olmaq üçün ən yaxşı variant Badara kəndi (Xocalı rayonu) yaxınlığındakı eyniadlı çay üzərində su anbarı tikməkdir. A.Arutyunyan söz verib ki, "parlament”in payız sessiyasında həmin anbarın tikintisi üçün 2020-ci ilə nəzərdə tutulacaq  büdcəsindən vəsait ayrılması bu barədə məsələ qaldıracaq.

P.S. Düşmənin torpaqlarımızdakı hər hansı quruculuq planını yalnız azərbaycanlıların ordu-xalqa çevrilərək  qəti hücuma keçməsi poza bilər,  başqa bütün çabalar mənasızdır...  

Sultan Laçın 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az