Ermənilərdən daha bir təxribat

Ermənilərdən daha bir təxribat
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz arxeoloji qazıntı işlər aparır.

Miq.az Report-a istinadən bildirir ki, işğalçı ölkə nümayəndələrinin Ağdamın Şahbulaq qalasının şimal divarı ərazisində apardıqları qazıntı nəticəsində dolça aşkar edilib.

Qazıntı işlərini Xankəndi Dövlət Universitetinin Tarix kafedrasının müdiri Vardqes Safaryan həyata keçirib. Arxeoloji ekspedisiyaya isə Hamlet Petrosyan adlı erməni başçılıq edib.

İnformasiyaya əsasən, aşkar edilən dolçanın bizim eranın 2-3-cü əsrinə aid olduğu ehtimal edilir. Başqa sözlə, onun Şahbulaq qalasından 300 il gənc olduğu bildirilir.

Xatırladaq ki, ermənilər qanunsuz arxeoloji qazıntı işlər aparmaqla yanaşı, tarixi saxtalaşdıraraq, Şahbulağın adını dəyişib "Tiqranakert” qoyublar. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az