Ermənilərin fırıldağı faş oldu - Rusiyada “Ararat” şərabını Şotlandiya viskisi kimi satırmışlar

Ermənilərin fırıldağı faş oldu - Rusiyada “Ararat” şərabını Şotlandiya viskisi kimi satırmışlar

"FAS Russia” Ermənistanın "Ararat” adı ilə Rusiya bazarlarında satışına qadağa qoyub.
 
APA TASS-a istinadən xəbər verir ki, buna səbəb ermənilərin şərab şüşəsinin üzərində Şotlandiya istehsalı olan "MacIngal” brendinə oxşar etiketin yapışdırılmasıdır.
 
Bildirilib ki, ermənilərin bu saxtakarlığı istehlakçıların aldadılmasına xidmət edir. Etiketdə məhsulun mənşəyinin Şotlandiya olduğu təəssüratını yaradan fonda milli şotland kostyumunda adam təsvir edilib.
 
Qeyd edilib ki, bu, bazarda sağlam rəqabətə kölgə salır: "Haqsız rəqabət inhisar əleyhinə qanunvericiliyin pozulmasıdır. Bu səbəbdən "Ararat” şərabını istehsal edən ASC-yə antimonopoliya pozuntusu əlamətləri olan hərəkətlərə xitam verilməsinin zəruriliyi barədə xəbərdarlıq edirik. "MacIngal” brendinə bənzər etiketlər vurulmuş şərabların satışının dayandırılmasını  tələb edirik”.
 
Əlavə edilib ki, xəbərdarlıq bir ay ərzində icra olunmalıdır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az